ATU rektorunun müşaviri beynəlxalq “LUKA” mükafatına layiq görülüb
10.11.2023 15:18

Azərbaycan Tibb Universitetinin (ATU) rektorunun müşaviri, Mərkəzləşdirilmiş mühasibatlıq şöbəsinin müdiri, baş mühasib İlqar Mehrabov maliyyə sahəsində ali mükafatlardan sayılan beynəlxalq “LUKA” mükafatına (LUCA Awards) layiq görülüb.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Böyük Britaniyada keçirilən təqdimat mərasimində ATU-nun şöbə müdiri İ.Mehrabov “İlin baş mühasibi” nominasiyası üzrə qalib elan edilib.

 

Mükafat Londonda baş tutan "Mühasiblərin Zirvə Toplantısı 2023" tədbiri çərçivəsində Böyük Britaniyanın nüfuzlu və peşəkar mühasib təşkilatı - Sertifikatlaşmış Maliyyə Menecerləri İnstitutunun (ICFM) direktoru Qarri Karter tərəfindən təqdim edilib.

 

Tədbirdə Azərbaycanın nüfuzlu təşkilatlarının maliyyə sahəsində çalışan mütəxəssisləri iştirak ediblər və müxtəlif nominasiyalar üzrə mükafatlarla təltif olunublar.

Qeyd edək ki, LUKA mükafatının nominasiyaları üzrə namizədlər ilkin mərhələdə hər ölkədə Sertifikatlaşmış Maliyyə Menecerləri İnstitutunun (ICFM) nümayəndəliyi tərəfindən nəzərdən keçirilir və təsdiqlənir. Sonrakı mərhələdə namizədlərin siyahısı seçim üçün qurumun Beynəlxalq Şurasına təqdim olunur. Hər il müxtəlif nominasiyalar üzrə qaliblərə İCFM-in rəhbərliyi tərəfindən mükafat təqdim edilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər