Hasardan tullanarkən ciddi xəsarət alan vətəndaş Abşeron Rayon Mərkəzi Xəstəxanasında uğurla əməliyyat olunub
09.11.2023 15:20

01.01.2007-ci il təvəllüdlü vətəndaş hasardan tullanarkən ciddi xəsarət alıb. Qobustan Rayon Mərkəzi Xəstəxanasında ilk yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına transfer olunub.

 

Abşeron Rayon Mərkəzi Xəstəxanasınan Aztibb.az-a verilən məlumata görə, xəstəyə Təcili tibbi yardım bölməsinin personalı tərəfindən zəruri xidmətlər göstərilib. Travmatoloq, uroloq, ümumi cərrah və reanimatoloqun konsultasiyası təşkil edilib, laborator-instrumental müayinələr aparılıb.

 

Pasiyentə sağ sağrı nahiyəsinin qarın boşluğuna nüfuz edən deşilmiş yara diaqnozu qoyulub. Qan tədarükü görülüb və xəstə əməliyyata alınıb.

 

Əməliyyat zamanı qarın boşluğu açılıb, tam təmizlənib, orqanlar və ətrafı təftiş edilib və dəmir parçası çıxarılaraq yerinə drenaj qoyulub.

 

Əməliyyat uğurla başa çatıb. Hazırda pasiyentin vəziyyəti stabildir, müalicəsi davam etdirilir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər