ÜST rəhbəri: Dünyanı çətin günlər gözləyir
24.10.2020 14:56

Dünya COVID-19 pandemiyasının böhran mərhələsindədir. Hazırda planetimizin Şimal yarımkürəsində xüsusilə ağır vəziyyət yaranıb.

 

Aztibb.az BMT saytına istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bu fikirləri brifinqdə söyləyib. Onun sözlərinə görə, qarşıdakı bir neçə ay bir sıra ölkələr üçün çox ağır sınaq dövrü olacaq.

 

Artıq indidən bir sıra dövlətlərdə xəstəliyin həndəsi silsilə üzrə artması müşahidə olunur. Nəticədə xəstəxanalar və intensiv terapiya şöbələri öz imkanlarının son həddində işləməyə məcburdur. ÜST-ün baş direktoru dünya liderlərinə müraciətlə ölüm hallarının artmasının, milli səhiyyə sistemlərinin imkanlarının tükənməsinin və məktəblərin yenidən bağlanmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.T. Qebreyesus hökumətlərin dərhal görməli olduğu tədbirlərlə bağlı 5 bəndin adını çəkib. O, deyib: “Birincisi, ən son məlumatlar əsasında sizin ölkədə pandemiyanın yayılması ilə bağlı cari vəziyyəti qiymətləndirin. Mən COVID-19-u nəzarətə götürməyə nail olmuş ölkələrə müraciət etmək istəyirəm: xəstələnmə hallarının aşağı səviyyəsinin qoruyub saxlamaq üçün səyləri ikiqat artırmaq lazımdır. Virusun sizin ölkədə yenidən vəziyyəti gərginləşdirməsinə imkan verməyin!

 

İkincisi, xəstələnmə və hospitallaşma hallarının sayının artdığı ölkələr vəziyyəti obyektiv təhlil etməli və virusa qarşı mübarizə strategiyasına düzəliş etməlidirlər.

 

Üçüncüsü, konkret regionda pandemiyanın vəziyyəti və ölkənin pandemiyaya qalib gəlməsi üçün hər bir vətəndaşdan nə tələb olunması barədə ictimaiyyətə açıq məlumat verilməlidir.

 

Dördüncüsü, vətəndaşların onlara tövsiyə edilmiş təhlükəsizlik tədbirlərinə riayət etmələrini sadələşdirən sistemlər tətbiq olunmalıdır. Əgər insanlara təcrid olunmaq, karantinə getmək və ya işini müvəqqəti dayandırmaq əmr edilirsə, hökumətlər bu tədbirlər nəticəsində zərər çəkmiş ailələrə, kollektivlərə və müəssisələrə imkan daxilində kömək göstərməlidirlər.

 

Beşincisi, hökumət müəssisələri virusa yoluxmuş insanlarla daim əlaqə saxlamalı və onların bundan sonra nə etmələri barədə müfəssəl təlimat verməlidirlər. Əgər həkimlər xəstələrlə əlaqələri izləmə sistemlərini nizamlamağa və yoluxanların təcrid olunması üzərində səyləri birləşdirməyə nail olsalar, onda məcburi ümumi karantindən yaxa qurtarmaq mümkün olar”.

 

Doktor T.Qebreyesusun sözlərinə görə, virusa qarşı mübarizənin əsas strategiyası resursların ədalətli paylanması olmalıdır. İndiki vəziyyətdə ən mühüm resurs oksigendir. Bir çox ölkələrdə nəfəs almaqda çətinlik çəkən pasiyentlərə kömək etmək üçün oksigen, sadəcə çatışmır. Pandemiya səbəbindən oksigenə ehtiyac həndəsi silsilə üzrə artmaqdadır. İyun ayında COVID-19-a yoluxma hallarının nisbətən az olduğu dövrdə oksigenə qlobal tələbat təqribən gündə 88 min balona bərabər idi. Oktyabr ayında bu göstərici artaraq, gündə 1,2 milyon balona çatıb.

 

ÜST-ün baş direktoru deyib: “ÜST inkişaf etməkdə olan ölkələrin səhiyyə nazirlikləri ilə birlikdə yerli tələbata cavab verən oksigen qurğularının layihələşdirilməsi üzərində iş aparır. Bu, oksigenə ehtiyacı olanların hamısını davamlı şəkildə və kifayət qədər oksigenlə təchiz etməyə imkan verməlidir. Oksigenlə davamlı təchizatın təmin olunması üçün biz bütün hökumətlər, dövlət müəssisələri və özəl tərəfdaşlarla əməkdaşlıq etməyə hazırıq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır