Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında Zəfər Günü qeyd edilib
08.11.2023 16:14

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının akt zalında 8 noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib. 

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib.

 

Vətən müharibəsinin 3-cü ildönümünə həsr olunmuş tədbiri giriş sözü ilə açan xəstəxananın direktoru Səyyaf Tağıyev 44 gün davam edən və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qəhrəmanlığı sayəsində ərazilərimizin işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini qeyd edib.

 

Daha sonra direktorun inzibati işlər üzrə müavini Murad Həbibov çıxış edərək bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsi üçün yeni mərhələnin başlanğıcı oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu Qarabağ torpaqlarında mərdliklə vuruşaraq əsl qəhrəmanlıq dastanı yazdı, əsgər və zabitlərimizin rəşadəti sayəsində tarixi ədalət bərpa edildi və milli qürurumuz zəfər çaldı.

 

Tədbirdə müharibənin ilk günündən son gününədək ön cəbhədə gecə-gündüz yorulmadan, usanmadan yaralılara yardım göstərmiş, əsgərlərimizin həyatda qalması naminə tibbi bacarıqlarını əsirgəməmiş, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkim stomatoloqu Etibar Sultanov çıxış edərək müharibədə yaşadıqlarını, xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

 

Sonda Zəfər gününə həsr edilmiş videoçarx izlənilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub