STM-in Təcili Tibbi Yardım Xəstəxanasında Zəfər Gününə həsr olunan tədbir keçirilib
07.11.2023 15:02

Sumqayıt Tibb Mərkəzinin (STM) Təcili Tibbi Yardım Xəstəxanasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

 

STM-dən Aztibb.az-a verilən xəbərə görə, əvvəlcə ölkəmizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Xəstəxananın baş həkimi Rauf Sadıxov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən danışıb, Azərbaycan Silahlı Qüvvələrinin öz gücünü bütün dünyaya sübut etdiyini vurğulayıb.

 

R.Sadıxov 8 noyabr tarixinin Zəfər Günü kimi təntənəli səkildə qeyd edilməsindən qürür duyduqlarını, eyni zamanda hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından və Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəfər səlnaməsindən bəhs edib.

 

Vətən müharibəsinin ilk günlərindən cəbhə bölgəsində olan Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri Aqil Yusubov isə təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.

 

Cərrahiyyə şöbəsinin müdiri Namiq Fərəcov Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyindən və ölkəmizin qələbəsini təmin edən mühüm amillərdən danışıb.

Tədbir digər çıxışlarla yekunlaşıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub