AMEA Biologiya və Tibb Elmləri Bölməsi ilə Biologiya, aqrar və tibb elmləri üzrə Problem şurasının birgə iclası keçirilib
07.11.2023 09:29

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi Elmi şurasının Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurası ilə birgə iclası hibrid formatda (həm canlı, həm də “Zoom” proqramı üzərindən onlayn iştirakla) keçirilib.

 

Bu barədə Aztibb.az-a AMEA-dan xəbər verilib.

 

Öncə Elmi şuranın və Problem şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova şura üzvlərini iclasın gündəliyində duran məsələlərlə tanış edib.

 

Gündəlikdə müzakirəyə təqdim eilən ilk məsələ Zəfər Gününün 3-cü ildönümü ilə bağlı olub. Azərbaycan dövlətinin və xalqının əbədi qəhrəmanlıq salnaməsinə qızıl  hərflərlə yazılmış əziz bayram münasibətilə tədbir iştirakçılarını təbrik edən akademik İradə Hüseynova 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və qəhrəman Azərbaycan Ordusunun şücaəti sayəsində, şəhid və qazilərimizin qanı bahasına qazanılmış Böyük Zəfərdən sonra 23 saatlıq antiterror əməliyyatında dövlət suverenliyinin bütün ərazilərimizdə tam şəkildə bərpa edilməsi, Azərbaycan bayrağının bütün Qarabağda, xüsusən də Xocalıda, Xankəndi şəhərində dalğalanmasının böyük əhəmiyyətindən danışıb. Natiq Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun 23 oktyabr 2023-cü il tarixində Laçın şəhərində keçirilən iclasında özünün və AMEA-nın müxbir üzvü Pənah Muradovun iştirak etdiyini bildirib, Qarabağda aparılan möhtəşəm quruculuq işlərinə şahidlik etdiklərindən danışıb.

 

İclasın sədri iştirakçıları, həmçinin qarşıdan gələn Bayraq günü və Konstitusiya günü münasibəti ilə də təbrik edib.

 

Sonra akademik İradə Hüseynova Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiqi haqqında” 3 noyabr 2023-cü il tarixli Fərmanı haqqında məlumat verib, yeni nizamnamənin respublikada elmin koordinasiyası və inkişafı üçün əhəmiyyətinə diqqət çəkib.

 

Növbəti məsələ Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrlə bağlı olub.

 

Akademik İradə Hüseynova qeyd edib ki, 2023-cü ildə Azərbaycan dövlətçiliyi tarixinin ən böyük simalarından biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər planı böyük uğurla həyata keçirilir. AMEA Biologiya və Tibb Elmləri Bölməsinin və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə dekabr ayının əvvəllərində keçiriləcək “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: uğurlar və çağırışlar” mövzusunda beynəlxalq konfrans tədbirlər planının son bəndlərindən biridir və Azərbaycan bioloqlarının uğurlarının nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edir.

 

Sonra Azərbaycan Respublikası Prezidentinin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” 3 noyabr 2022-ci il tarixli Sərəncamından irəli gələn tapşırıqların icra vəziyyəti müzakirə edilib. İclasın sədri bildirib ki, görkəmli oftalmoloq alimin 100 illiyi ilə bağlı tədbirlər planı da uğurla həyata keçirilib. Akademik İradə Hüseynova hər iki şəxsiyyətin Azərbaycan xalqının və dövlətinin tarixində oynadıqları böyük roldan danışıb.

 

Elmi şuranın və Problem şurasının sədri yaxın günlərdə AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşkilatçılığı ilə böyük alim və ictimai siyasi xadim, akademik Cəlal Əliyevin 95 illiyinə həsr edilmiş “Fotosintez, ətraf mühit və bitkilərin məhsuldarlığı” mövzusunda “Akademik Cəlal Əliyev qiraətləri”nin keçiriləcəyi haqqında məlumat verib, bütün maraqlananları tədbirdə fəal iştirak etməyə dəvət edib.

 

Sonra iclasda 2023-cü ildə elmi müəssisələrin doktorantura və dissertanturalarına qəbul olunanların dissertasiya mövzularının və həmin müəssisələrdə aparılan elmi tədqiqatların mühüm nəticələrinin müzakirəsi aparılıb və müvafiq qərarlar qəbul edilib.

 

Gündəlikdəki növbəti məsələ 2023-cü ildə elmi müəssisələrin elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabatlarla bağlı olub. Qeyd edilib ki, bu il də institutların illik hesabatları AMEA Biologiya və Tibb Elmləri Bölməsinin iştirakı ilə müzakirə və qəbul ediləcəkdir.

 

Sonra Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Tağıyevə Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin hazırlanmasında səmərəli fəaliyyətinə görə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri fərmanı təqdim edilib.

 

Daha sonra iclasda fiziologiya və tibb elmləri sahəsində 2023-cü il üzrə Nobel mükafatçıları, Qarabağ regionunun kəhrizlərı ilə bağlı mütəxəssislərin iştirakı ilə keçiriləcək toplantıya hazırlıq, eləcə də gündəlikdə duran digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub