Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Zəfər Günü qeyd olunub
06.11.2023 12:15

Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

 

AMEA-dan Aztibb.az-a bildirilib ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, akademik İradə Hüseynova bütün kollektivi Azərbaycan xalqının tarixi qələbəsinin üçüncü ildönümü münasibətilə təbrik edib. Akademik İradə Hüseynova qeyd edib ki, sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı zəfəri və torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnib.

 

Vurğulanıb ki, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Vətən müharibəsindən sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatdı. Keçirilən antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim olmağa məcbur oldular. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Prezident İlham Əliyevin uzaqgörənliklə və qəti iradə ilə apardığı siyasət nəticəsində indi Xankəndidə Azərbaycanın Dövlət Bayrağı dalğalanır.

 

Akademik İradə Hüseynova qeyd edib ki, bütün həyatını Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpası ən böyük arzusu olan Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır. Bu gün artıq Azərbaycanın suverenliyi tam bərpa olunub və buna görə biz bütün şəhidlərimizə və qazilərimizə borcluyuq.

 

Tədbirdə AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, qazi Ceyhun Abdullayev, müharibə iştirakçısı qazi Əvəzxan Əzizov, şəhid Aslan Rzayevin bacısı Firuzə Rzayeva, qazi Arif Cəbrayılovun anası, b.ü.f.d. Mayaxanım Xanışova, yaxın qohumu aprel döyüşlərində qəhrəmancasına həlak olan Turanə İsgəndərova, qardaşı müharibədə qəhrəmancasına döyüşən və Birinci Qarabağ müharibəsində yaxın qohumu şəhid olan Aygün Sadiqova, Birinci Qarabağ müharibəsinin iştirakçıları b.ü.f.d. Nurməmməd Mustafayev, Mikayıl Paşayev, Şahvələd Məmmədov həmin müharibədə yaxınları şəhid olan institutun icraçı direktoru, b.ü.f.d. Ələmdar Məmmədov və Fəzail Məmmədov çıxış edərək tədbir iştirakçılarını Azərbaycan xalqının tarixində şanlı səhifə olan Zəfər günü münasibətilə təbrik ediblər. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu ediblər.

 

Daha sonra tədbirdə Zəfər gününə həsr olunmuş videoçarx nümayiş olunub və toplantı qeyri-rəsmi hissə ilə davam edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub