Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında Zəfər Günü qeyd edilib
06.11.2023 09:31

8 noyabr - Zəfər Günü ilə əlaqədar olaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında “Ata vəsiyyəti və İnamlı Zəfər” adlı tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə xəstəxananın baş həkimi Ülfət Qurbanov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən danışıb. Nildirib ki, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi hər zaman diqqət və ehtiramla yad edilib. 

 

Sonra çıxış edən Acil bölməsinin həkimi Rəmziyyə Süleymanova diqqətə çatdırıb ki, Azərbaycan tarixində mühüm rol oynayan Heydər Əliyev kimi dünyaşöhrətli bir siyasətçinin oğlu olması İlham Əliyevin Ulu Öndər məktəbinin layiqli yetirməsinə çevrilməsinə vəsilə oldu: "Azərbaycanın müqəddəratı ilə bağlı həyata keçirdiyi bütün taleyüklü işlər zamanı oğlu İlham Əliyev hər zaman Ulu Öndərlə bərabər olub. Buna görə idi ki, ömrünü Azərbaycan üçün şam kimi əridən, azərbaycanlı olması ilə daim fəxr edən böyük vətənpərvər Heydər Əliyev Azərbaycanın gələcəyini də özü qədər inandığı İlham Əliyevə etibar etmişdi".

 

R.Süleymanova qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın tarixində parlaq uğurlara imza atması isə müstəqil Azərbaycanın bünövrəsini qoymuş və indi yüz illik yubileyini təntənəli şəkildə qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ən böyük töhfədir.

 

Daha sonra həkim anestezioloq-reanimatoloq Könül Həsənxanova çıxış edərək bildirib ki, ata vəsiyyəti ilə başlanan Zəfər yolu nəticəsində 30 il müddətində işğal altında olan torpaqlarımız azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. "Bu gün Ulu Öndərin ruhu şaddır, dünyanın ən böyük azərbaycanlısı, ölkəmizə rəhbərlik etmiş dahi rəhbər, ən əsası Müzəffər Ali Baş Komandan İlham Əliyevin timsalında torpağını, xalqını sevən vətənpərvər bir oğulun atasıdır".

 

Ülfət Qurbanov sonda xüsusilə tarixi Zəfəri bizə bəxş edən Ali Baş Komandanımızla fəxr etdiyini, rəşadətli Azərbaycan Əsgəri ilə qürur duyduğunu vurğulayıb, tədbir iştirakçılarının timsalında bütün kollektivi böyük qələbə mübasibətilə bir daha təbrik edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib