“Medinex” sərgisində Azərbaycanda transplantologiyanın inkişafı müzakirə olunub
04.11.2023 10:09

“Medinex” sərgisində “Azərbaycanda transplantologiyanın inkişafı” mövzusunda panel sessiyası təşkil olunub.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyasının şöbə rəisi, t.ü.f.d. Mircəlal Kazımi bütün digər müalicə üsulları effekt vermədikdə insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün orqan transplantasiyasının yeganə şans olduğunu qeyd edib. Regionda ilk dəfə böyrək transplantasiyası əməliyyatının 1971-ci ildə məhz Azərbaycanda, akademik Mirməhəmməd Cavadzadə tərəfindən icra edildiyini xatırladan M.Kazımi 2000-ci illərin əvvəllərində professor Kamal Abdullayevin də xarici mütəxəssislərlə birgə apardığı böyrək transplantasiyası əməliyyatının uğurla başa çatmasından danışıb.

 

Daha sonra 2008-ci ildə Azərbaycan Respublikasında, Cənubi Qafqazda, Orta Asiya və Qazaxıstanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatının professor Murat Kılıç və özü tərəfindən aparıldığını diqqətə çatdırıb.

 

Mircəlal Kazımi çıxışında orqan transplantasiyası əməliyyatı üçün orqanların canlı insandan və beyin ölümü gerçəkləşən şəxslərdən köçürülməsi, bu prosedurların qanunla necə tənzimləndiyi barədə məlumat verib.

 

"Hematoloji xəstəliklərdə sümük iliyi transplantasiyası” mövzusunda çıxış edən Yeni Klinikanın hematoloqu Sevil Cəlilova alıcının və vericinin seçilməsi, hazırlanması, sümük iliyi mənşəli, göbək ciyəsi mənşəli kök hüceyrə toplanması, infuziyası, erkən və gecikmiş ağırlaşmalar barədə məlumat verib. O, gələcək planlardan da bəhs edərək Azərbaycanda sümük iliyi donor bankı yaradılmasının və Dünya Sümük İliyi Donor bankına üzv olmağın zəruriliyinə diqqət çəkib.

 

Dünya Sümük İliyi Donor bankına 52 ölkədən 32 milyon könüllü donorun daxil olduğunu qeyd edib.

 

Təqdimatların sonunda sual-cavab sessiyasında çıxışçılar panel iştirakçılarının suallarını cavablandırıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır