“Teletibb sistemlərinin gələcək inkişafı” adlı panel müzakirəsi təşkil edilib
04.11.2023 16:26

"Medinex" sərgisinin tədbirlər proqramı çərçivəsində “Teletibb sistemlərinin gələcək inkişafı” adlı panel müzakirəsi keçirilib.

 

Aztibb.az-ın xəbərinə görə, panel sessiyasında TƏBİB-in İlkin səhiyyə xidmətlərinin şöbə müdiri Nəhmət Rəhmanov, “Salam Doktor Digital” MMC-nin direktoru, teletibb üzrə ekspert Mir Cəfər Şükürov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin Uşaq reabilitasiyasının psixoloqu Pərvin Müslümzadə, 7 saylı Şəhər Poliklinikasının baş həkimin müavini, həkim-oftalmoloq Günel Əlizadə təqdimatlarla çıxış ediblər.

 

Nəhmət Rəhmanov telesəhiyyə sisteminin yeni imkanlar yaratdığını vurğulayıb. N.Rəhmanov bildirib ki, sözügedən sistem vasitəsilə həkim xəstə arasında məsafə nəzərə alınmadan əhalinin keyfiyyətli tibbi xidmətə əlçatanlığı təmin olunur və artıq Ağalı Ailə Sağlamlıq Mərkəzində sözügedən sistem vasitəsilə pasiyentlərə tibbi xidmət göstərilir.

 

Mir Cəfər Şükürov “Teletibb istiqamətində ölkədə görülən işlər və gələcək planlar” mövzusundakı çıxışında teletibb haqqında məlumat verib. O bildirib ki, teletibb və ya bilavasitə pasiyenti müalicə edən milli standartlara zidd olmayan informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə, distant tibbi məsləhətləşmə xidmətinin həyata keçirilməsini təmin edən tədbirlər kompleksidir.

 

Pərvin Müslümzadə “Teletibb texnologiyalarının mental sağlamlıqda rolu” mövzusundakı çıxışında mental sağlamlığa təsir göstərən sahələr, qitələr arası distant sinxrom konsultasiyaların həyata keçirilməsi barədə iştirakçılara ətraflı məlumat verib.

 

Günel Əlizadə “Teleoftalmologiya üzrə dünya təcrübəsi” adlı mövzuda çıxış edib. G.Əlizadə bildirib ki, teleoftalmologiya rəqəmsal tibbi cihazları və telekommunikasiya texnologiyalarını tətbiq etməklə distant formada gözü müayinə və müalicə etməyə imkan verən teletibb istiqamətidir.

 

Sonda iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır