"Medinex" sərgisinin növbəti panel sessiyası: "Səhiyyədə transformasiyalar"  
04.11.2023 09:03

"Medinex" sərgisinin işgüzar proqramı çərçivəsində "Səhiyyədə transformasiyalar" panel sessiyasında “Tibb müəssisələrində tətbiq edilən islahatlar" mövzusunda müzakirələr aparılıb.

 

Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, Yeni Klinikanın direktoru Barat Yusubovun moderatorluğu ilə keçən sessiyada Bakı Baş Səhiyyə Mərkəzinin İlkin səhiyyə xidmətinin inkişafı departamentinin rəhbəri Gülnarə Yusifova, Sabunçu Tibb Mərkəzinin direktor müavini Talıb Məmmədov, Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov təqdimatlarla çıxış ediblər.

 

Yeni Klinikanın direktoru Barat Yusubov öz çıxışında tibb müəssisələrinin idarəolunmasında yeni yanaşmaların, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqinin mühüm rol oynadığını söyləyib, avtomatlaşdırılmış elektron xidmətlərin tibb sahəsində də tətbiq olunmasının Azərbaycanın, həmçinin Yeni Klinikanın əsas prioritetlərindən olduğunu bildirib. Yeni Klinikada elektron randevu, elektron epikriz, elektron kitabxana kimi sistemlər üzərində iş getdiyini açıqlayıb.

 

Bakı Baş Səhiyyə Mərkəzinin İlkin səhiyyə xidmətinin inkişafı departamentinin rəhbəri Gülnarə Yusifova öz çıxışında tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması mövzusuna toxunub. Tibb müəssisələrindəki laboratoriyaların beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edildiyi, Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələrinin fəaliyyətə başladığı, TƏBİB-in tabeliyində fəaliyyət göstərən 78 xəstəxananın laboratoriyalarının tamamilə yeniləndiyi barədə məlumat verib. O, bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistemin tam avtomatlaşdırılmasının zəruriliyini vurğulayıb.

 

Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova 17 tibb müəssisəni özündə birləşdirən 500 minə yaxın insana xidmət göstərən Mərkəzin tabeliyində 7 xəstəxana, Təcili Tibbi Yardım Stansiyası, Perinatal Mərkəz və Stomatoloji poliklinikada fəaliyyətin elektronlaşdırılması üzrə həyata keçirilən işlərdən danışıb.

 

Sabunçu Tibb Mərkəzinin direktor müavini Talıb Məmmədov da təqdimatında rəhbəri olduğu tibb müəssisəsində tətbiq edilən islahatılar barədə məlumatlar verib. Kadr potensialının gücləndirilməsi və tibbi personalın peşəkarlığının artırılması, maddi-texniki bazanın yaxşılaşdırılması, müasir standartlara cavab verən tibbi xidmətlərin təşkili istiqamətində görülən işlərdən bəhs edib.

 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov son illər ərzində təcili və təxirəsalınmaz tibbi xidmətdə telesəhiyyə texnologiyalarının tətbiqi ilə məsafədən videobağlantı vasitəsilə konsultasiyaların aparılmasından daha geniş istifadə edildiyini deyib. O, Respublikada təcili tibbi yardım avtomobilləri parkının yenilənməsinə start verildiyini, köhnə avtomobillərin müasir tibbi avadanlıqlarla təchiz olunduğunu qeyd edib.

 

M.Cəlalov son 3 il ərzində CPAP, süni tənəffüsün, kardiomonitorinqin aparılması, yenidoğulmuşların daşınması üçün müasir xüsusi tibbi cihazlarla təchiz olunmuş 359 yeni avtomobil alındığını qeyd edib.

 

Sonda panel iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, sertifikatlar təqdim edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib