“Oftalmoloji xəstəliklərə yeni baxış” adlı panel müzakirəsi təşkil edilib
03.11.2023 15:23

TƏBİB-in dəstəyilə "Medinex" sərgisinin tədbirlər proqramı çərçivəsində “Oftalmoloji xəstəliklərə yeni baxış” adlı panel müzakirəsi keçirilib.

 

Aztibb.az-ın məlumatına görə, panel sessiyasında Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, həkim-oftalmoloq Tural Qəlbinur, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin uşaq oftalmoloqu Aysel Əkbərova, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu, tibb üzrə fəlsəfə doktoru Gülnarə Məmmədova, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva təqdimatlarla çıxış ediblər.

 

Tural Qəlbinur “Retina cərrahiyyəsinə müasir yanaşma” mövzusundakı çıxışında pasiyentlər üzərində həyata keçirdiyi əməliyyatlardan bəhs edib. Eyni zamanda sözügedən əməliyyatlardan olan görüntüləri iştirakçılara təqdim edərək, əməliyyat proseslərini izah edib.

 

Aysel Əkbərova “Yenidoğulmuşlarda göz xəstəlikləri, profilaktikası və müalicəsi” mövzusunda təqdimatla çıxış edib. A.Əkbərova yenidoğulmuşlarda göz patalogiyaları - neonatal konyunktivit, nazolakrimal kanalın obstruksiyası, anadangəlmə katarakta, retiablastoma, anadangəlmə qlaukoma, çəpgözlük, mikroftalm, anoftalm, vaxtından əvvəl doğulmuşların retinopatiyası haqqında məlumat verib, müalicə prosesindən bəhs edib.

 

Gülnarə Məmmədova çıxışında “Yüksək dərəcəli miopiya xəstələrdə qlaukoma” mövzusunda danışıb. G.Məmmədova miopiya xəstələrdə qlaukoma haqqında, onun müalicə üsulları barədə iştirakçıları məlumatlandırıb.

 

Yazgül Abdiyeva “Allergik konyuktivitlərin diaqnostikası və müalicəsinə yeni yanaşma” mövzusunda çıxış edib. Y.Abdiyeva allergik konyuktivitlə bağlı ümumi məlumat verib, allergik konyuktivitlərin epidemiologiyasından, təsnifatından, növlərindən, diaqnostikasından və müalicəsindən danışıb.

 

Sonda iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır