ATU əməkdaşı III Cənubi Qafqaz Mama-ginekoloq və Perinatoloqlar Konqresində çıxış edib
04.11.2023 10:26

Gürcüstanda məşhur gürcü alimi, professor Paliko Kintroiyanın xatirəsinə həsr olunmuş III Cənubi Qafqaz Mama-ginekoloq və Perinatoloqlar Konqresi keçirilib.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, universitetin I Mamalıq-ginekologiya kafedrasının assistenti Sevinc İsmayılova “Hamiləlikdə uşaqlıq boynunun displaziyaları” movzusunda çıxış edib.

 

O, hamiləlikdə uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin diaqnostika və müalicə taktikasının klinisist həkimlər üçün çətinlik yaradan bir durum olduğunu bildirib. Qeyd edib ki, hamilələrin uşaqlıq boynu xəstəliklərinin diaqnostikası, müalicəsi, doğuş taktikasının seçilməsi və hamilələrin monitorinqi haqqında məlumatlar ədəbiyyat və elmi-praktik tövsiyələrdə kifayət qədər işıqlandırılmamışdır.  Uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin və xərçəngin hamiləlik zamanı aşkarlanma tezliyinin yüksək olması bu qadınların həmin dövrdə aktiv həkim nəzarətində olması ilə əlaqələndirilir. Hamilələrdə uşaqlıq boynu xərçənginin erkən mərhələlərdə aşkarlanması ümumi populyasiya ilə nisbətdə 3 dəfə yüksəkdir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib