Peyvəndləməyə məsul şəxslər təkrar təlimlərə cəlb edilib
03.11.2023 12:50

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində məlumatların elektronlaşdırılması prosesi davam etdirilir.

 

Bakı Baş Səhiyyə Mərkəzindən Aztibb.az-a bildirilib ki, ötən ay uşaqlara vurulan peyvəndlərlə bağlı məlumatların “e-tabib” proqramına daxil edilməsi üzrə məsul şəxslərin imtahanında uğursuz nəticə göstərmiş əməkdaşlar təkrar təlimlərə cəlb edilib.

 

Qeyd edək ki, ilk imtahanda Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 48 tibb müəssisəsinin (uşaq poliklinikaları) 104 tibb bacısı iştirak edib və onlardan 37 nəfərin nəticəsi 50%-dən aşağı olduğuna görə, göstəriciləri məqbul hesab edilməyib. Bu səbəbdən də təkrar təlimlərə cəlb edilən məsul şəxslərin bilik və bacarıqlarının yenidən qiymətləndirməsinə qərar verilib.

 

Bakı Baş Səhiyyə Mərkəzində keçirilən təlimlər Pediatrik xidmətlərin təşkili şöbəsinin böyük mütəxəssisi Rəhilə Əsgərova və Monitorinq şöbəsinin mütəxəssisi Aytel Əmrahova tərəfindən keçirilir.

 

Məlumat üçün bildirək ki, Milli Peyvənd Təqviminə uyğun olaraq, peyvəndləmə prosesinə cəlb edilən uşaqların məlumatlarının “e-tabib” proqramına daxil edilməsi zamanı qarşıya çıxan problemlər və atılacaq addımların öyrədilməsi məqsədi ilə bir müddətdir ki, məsul şəxslərə təlimlər verilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır