Tədris prosesi ilə bağlı önəmli məqamlar müzakirə olunub  
03.11.2023 10:36

8 Noyabr - Zəfər Günü ilə əlaqədar ölkənin Baş naziri Əli Əsədovun imzaladığı qərarla 4 noyabr iş günü hesab olunub. Belə ki, həftənin şənbə günü olmasına baxmayaraq, əməkdaşlar həmin gün işə çıxacaq və həftənin 5 günün dərslərini tədris edəcəklər.

 

Aztibb.az xəbər verir ki, bunu ATU-nun Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov universitetin tədris işləri üzrə dekan müavinləri ilə keçirdiyi görüşdə bildirib.

 

O, həmçinin müavinlərin nəzərinə çatdırıb ki, payız semestrinin kollokviumları 4 noyabrdan başlayaraq imtahan mərkəzində aparılacaq: “Ötən il Böyük Elmi Şuranın qəbul etdiyi qərara əsasən, I və II kurs tələbələrinin davamiyyət balı yoxdur. Onlar 40 bal kollokvium, 10 bal sərbəst işlərdən alacaqlar. Digər kurslarda 10 bal davamiyyət, 10 bal sərbəst işlərdən, 30 bal isə kollokviumdan hesablanacaq. Ona görə də kollokviuma düşəcək mövzuların həmin tarixə qədər tədris olunması nəzərdə tutulur. Əks halda, apellyasiyalar və haqlı şikayətlərin sayının artması müşahidə olunur.

 

Digər məsələyə gəldikdə, sentyabrın ilk günündə əməkdaşlarımızla görüşümüz zamanı bildirmişik ki, universitetin əsas diqqət mərkəzində saxladığı istiqamət tədrisin keyfiyyətinin artırılmasıdır. Yəni müəllimlərin vaxtında auditoriyalara daxil olması, istər mühazirə, istərsə də praktika dərslərində kənar mövzulara yol verilməməsi və tədrisin daim innovativ, müasir formada aparılması tələb olunub. Artıq payız semestrinin yeddinci həftəsinə başlamaq ərəfəsində olduğumuz nəzərə alınaraq, əməkdaşların diqqətinə o məqam da çatdırılıb ki, növbəti tədris ilində müasir standartlar əsas götürülməklə və tədris proqramına uyğun olaraq tədris vəsaitlərinin hazırlanmasına xüsusi diqqət yetirilsin”.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub