Anar Bayramov Naftalan şəhərində vətəndaşlarla görüşüb
02.11.2023 10:53

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Naftalan şəhərində Naftalan şəhər və Goranboy rayon sakinlərini qəbul edib.

 

Aztibb.az Agentliyin feysbuk səhifəsinə istinadla bildirir ki, qəbuldan əvvəl Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovla birgə Naftalan Reabilitasiya Mərkəzinə baxış keçirilib, hazırda bərpa xidmətləri ilə təmin edilən Vətən Müharibəsi iştirakçıları və əlilliyi olan şəxslərlə görüşüb, ümumi vəziyyətlə tanış olublar.

 

Daha sonra Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov vətəndaşları qəbul edib. Qəbul zamanı əlilliyin qiymətləndirilməsi, əlilliyin gücləndirilməsi, özünüməşğulluq, ünvanlı dövlət sosial yardımı və dövlət hesabına müalicə ilə bağlı müraciətləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb, bir sıra məsələlər yerindəcə həll olunub.

 

Vətəndaşların bir qisminin müraciəti ilə əlaqədar əlilliyin qiymətləndirilməsinə dair qanunvericilik barədə ətraflı məlumat verilib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub