ADNSU-da ETKİ tərəfindən “Ürəyinizi qoruyun!” adlı maarifləndirmə aksiyası keçirilib
02.11.2023 08:18

Noyabrın 1-də Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Ürəyinizi qoruyun!” layihəsi çərçivəsində maarifləndirmə aksiyası keçirilib. 

 

Bu məlumat Aztibb.az-a ETKİ-dən verilib.

 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev və ETKi-nin elmi işlər üzrə direktor müavini, tibb elmləri doktoru Rafail Daşdəmirov müasir dövrdə sağlam həyat tərzinin təbliği və ürək xəstəliklərinin artması baxımından layihənin əhəmiyyətindən danışıblar.

 

Tədbirdə “Ürəyinizi qoruyun!" adlı layihə çərçivəsində ürək-damar xəstəliklərinə qarşı mübarizə aparmaq məqsədilə tələbələr üçün sağlam həyat tərzi və zərərli vərdişlərdən qorunma haqqında video-çarxlar nümayiş olunub, maarifləndirici bukletlər paylanılıb və aparıcı mütəxəssislər tərəfindən “Sağlam genofonda addım ataq” mövsuzunda mühazirələr oxunub.

 

Qeyd edək ki, aksiya çərçivəsində iştirakçılar ilkin müayinələrə (boy, çəki, təzyiq və nəbzin ölçülməsi) dəvət edilib, onlara ürək-damar xəstəliklərinin əsas risk amilləri barədə məlumat verilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub