“Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda tədbir keçirilib
02.11.2023 11:17
Xətai Rayon İcra Hakimiyyəti, TƏBİB, YAP Xətai rayon təşkilatı və Mərkəzi Neftçilər Xəstəxanasının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda tədbir keçirilib.
Mərkəzi Neftçilər Xəstəxanasından Aztibb.az-a bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı yolunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirilir, dahi şəxsiyyətin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinin ayrı-ayrı sahələrinə diqqət yönəldilir: "Reallıq budur ki, əgər 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Ulu Öndər Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, vətəndaş müharibəsindən xilas etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bugünkü güclü, qüdrətli, qalib Azərbaycanın möhkəm bünövrəsini yaratdı. Bu gün üçrəngli Bayrağımız Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad edilmiş bütün torpaqlarımızda əzəmətlə dalğalanır".
Sonra TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov Ümummilli Lider Heydər Əliyevin geniş və çoxcəhətli fəaliyyətinin daha mühüm istiqamətlərinin birindən – xalqımızın sağlamlığı, səhiyyəmizin inkişafı sahəsində gördüyü əvəzsiz işlərdən geniş bəhs edib. Bildirib ki, bu gün Azərbaycan səhiyyəsinin beynəlxalq standartlara uyğun inkişafının əsasında məhz dahi şəxsiyyətin yaratdığı möhkəm təməl dayanır. İyunun 17-sinin ölkəmizdə Tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunması Ulu Öndər Heydər Əliyevin bu sahəyə diqqətinin bariz nümunəsidir. Hazırda bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan səhiyyəsi bu gün yeni inkişaf dövrünü yaşayır.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə isə çıxışında vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev Sovetlər Birliyi dövründə Azərbaycanı qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin müstəqilliyini əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrü xalqa, dövlətə xidmət nümunəsidir.
Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı daha möhtəşəm qələbələrə doğru aparan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev yeganə problemimiz olan keçmiş Qarabağ münaqişəsini tarixə qovuşdurmaqla, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməklə bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur, tarix faktlara əsaslanır, sonda Zəfər çalan ədalət olur. 30 ilin işğalına 44 gündə son qoymaq Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatı kimi dünyaya səs saldı. Ümummilli Lider Heydər Əliyev möhkəm bünövrə yaratmaqla yanaşı, inkişafın davamlılığını təmin etmək, Azərbaycanı hər zaman zirvələrdə görmək üçün növbəti inamın ünvanını dəqiq göstərdi.
Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafı istiqamətində atdığı addımlardan bəhs edib. Bildiriib ki, Ulu Öndər üçün ən vacib sahələrdən biri insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub. Ölkəmizdə səhiyyənin qanunvericilik bazası təkmilləşdirilmiş, səhiyyə obyektləri şəbəkəsi genişləndirilmiş, yüzlərlə tibb müəssisələrinin yenidən qurulması, bu sahənin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində böyük işlər görülmüşdür. Bu uğurlar içərisində icbari tibbi sığorta isə xalqımızın sağlamlığının əsas sığortasıdır. Bu gün Azərbaycana hansı sahədən baxsaq Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin ölçüyəgəlməzliyini görərik.
Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri Ədalət Abdullayev və Validə Vəliyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan sevgisindən danışıblar. Qeyd olunub ki, dahi liderin hər bir addımının əsasında dövlətinə, xalqına bağlılığı dayanırdı. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan möhkəm təməl üzərində uğurla inkişaf edərək bu gün qalibiyyəti ilə dünyaya səs salıb. Bu uğurun müəllifi Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevdir.
Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilib.
Bu bölməyə aid digər xəbərlər
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
Rəşad Mahmudov beynəlxalq tibb konqresində elmi məruzə ilə çıxış edib
16.10.2026 | 10:11
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

