Sumqayıt şəhərində Vətən müharibəsi qəhrəmanları ilə görüş təşkil olunub
02.11.2023 09:09
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən Sumqayıt şəhərində Vətən Müharibəsi veteranları mayor Vüsal Şabanov və baş leytenant Namiq Seyfəddinli ilə görüş təşkil edilib.
 
Agentlikdən Aztibb.az-a bildirilib ki, görüşdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Sumqayıt Muğam Mərkəzində keçirilən görüşdə Vətən müharibəsi iştirakçıları Vüsal Şabanov və Namiq Seyfəddinli Agentliyin Sumqayıt Reabilitasiya Mərkəzində bərpa müalicəsi alan əlilliyi olan şəxslər, müharibə veteranları, kollec tələbələri və məktəb şagirdləri ilə öz uğur hekayələrini, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüblər.
 
Görüş iştirakçılarına qarşılarına qoyduqları hədəfə nail olmaq üçün yorulmadan və həvəsdən düşmədən çalışmağın, uğur əldə etməyin sirlərindən danışılıb.
 
Maraqlı müzakirələr, sualların cavablandırılması ilə davam edən görüş, musiqili proqramla yekunlaşıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır