ATU əməkdaşı Ege Universitetində dərs keçib  
01.11.2023 11:53

Azərbaycan Tibb Universitetinin (ATU) Ailə təbabəti kafedrasının assistenti, t.ü.f.d. Məhəbbət Fətəliyeva Türkiyənin Ege Universitetinin Tibb bacısı fakültəsində pedaqoji fəaliyyət göstərib.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, Türk Dövlətlər Təşkilatı Türk Universitetlər Birliyinin Orhun mübadilə proqramı çərçivəsində baş tutan fəaliyyət zamanı M.Fətəliyeva “Uşaq sağlamlığı və xəstəlikləri üzrə tibb bacısı”,  “Qadın sağlamlığı və xəstəlikləri üzrə tibb bacısı” və “Cərrahi xəstəliklər üzrə tibb bacısı” kafedralarında həmin fakültənin 4-cü kurs tələbələrinə dərs keçib.

 

İki həftəlik proqram dövründə Məhəbbət Fətəliyeva Ege Universitetinin rektoru, professor Necdət Budak, Həmşirəlik fakültəsinin dekanı, professor Ayşegül Dönməz ilə görüşüb. Rektor, professor Necdət Budak Ege Universiteti və Azərbaycan Tibb Universiteti arasında əlaqələrin səviyyəsindən məmnun qaldığını bildirib, bu əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub