STM-in və Sumqayıt Onkologiya Xəstəxanasının birgə təşkilatçılığı ilə elmi-praktik konfrans keçirilib
01.11.2023 11:38
TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin (STM) və Sumqayıt Onkologiya Xəstəxanasının birgə təşkilatçılığı ilə “Süd vəzi xərçəngi ilə mübarizə ayı” çərçivəsində elmi-praktik konfrans keçirilib.
Bu barədə Aztibb.az-a STM-dən bildirilib.
STM-nin direktor müavinləri İlkin Namazov, Arzu Bəndəliyevanın və Sumqayıt Onkologiya Xəstəxanasının baş həkimi Murad Məmmədovun qatılıdığı tədbirdə tabeli müəssisələrdə çalışan terapevt, onkoloq, cərrah və ginekoloqlar iştirak ediblər.
Konfransda ölkəmizdə onkoloji xəstəliklərlə mübarizə və bu mübarizədə aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışılıb. Bildirilib ki, onkoloji xəstəliklərin erkən diaqnostikası və bu sahədə vətəndaşların məlumatlı olması xəstənin vaxtında müalicəyə cəlb edilməsi, yarana biləcək fəsadların qarşısının alınması baxımından faydalıdır.
Daha sonra STM-nin 1 nömrəli Xəstəxanasının Poliklinika şöbəsinin həkim-onkoloqu Vüsal İbrahimovun “Süd vəzi xəstəliklərinə müasir yanaşma”, Sumqayıt Onkologiya Xəstəxanasının həkim-onkoloqları Lətifə Məhərrəmovanın, Mənzurə Həmzəyevanın, Aygün Osmanovanın "Süd vəzi xərçənginin müasir müalicə prinsipləri, “Süd vəzi xərçənginin onkoplastik və rekonstruktiv cərrahiyyəsi” və "Süd vəzi xərçəngində hormonal müalicə" mövzularında məruzələri dinlənilib.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
Rəşad Mahmudov beynəlxalq tibb konqresində elmi məruzə ilə çıxış edib
16.10.2026 | 10:11
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

