Dosent İsmayıl Əfəndiyev beynəlxalq konfransda kütləvi kimyəvi zəhərlənmələr və onların idarə olunmasına dair təqdimatla çıxış edib
31.10.2023 15:22

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d. Ceyhun Məmmədov və rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev 30-31 oktyabr 2023-cü il tarixlərində Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş “Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda AMEA-da keçirilən beynəlxalq konfransda iştirak ediblər.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, konfransın plenar iclasında t.ü.f.d. İsmayıl Əfəndiyev müəlliflərin adından “Azərbaycanda kəskin peşə və kütləvi kimyəvi zəhərlənmələr və onların idarə olunması” mövzusunda təqdimatla çıxış edib.

 

Dosent İsmayıl Əfəndiyev qeyd edib ki, Akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətləri peşə patologiyasına həsr edilmişdir. Göstərilən istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri görkəmli alimin "Şin istehsalatında gözün peşə patologiyası", "Xronik yod intoksikasiyası zamanı oftalmologiya" və "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi qiymətli monoqrafiyalarında öz əksini tapmışdır. “Azərbaycanda kəskin peşə və kütləvi kimyəvi zəhərlənmələr və onların idarə olunması” mövzusunda elmi iş Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr edilib.

 

İsmayıl Əfəndiyev akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin, oftalmologiya və fiziologiyanın inkişafına verdiyi dəyərli töhfələrdən söz açıb, şin istehsalında gözün peşə patologiyası, xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya, yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası, eyni zamanda Azərbaycanda peşə və kütləvi kimyəvi zəhərlənmələr barədə danışıb.

 

Qeyd edək ki, AMEA Rəyasət Heyəti, Səhiyyə Nazirliyi, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Elm və Təhsil Nazirliyi akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Azərbaycan Fizioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutan konfransda Türkiyə, Rusiya, Belarus, Gürcüstan və digər ölkələrdən alim və mütəxəssislər, tanınmış fizioloqlar iştirak ediblər.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır