Qubada şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası təşkil olunub
31.10.2023 14:12
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Yeni Azərbaycan Partiyası (YAP) və Quba Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası təşkil edilib.
 
Bu məlumat Aztibb.az-a Quba Rayon Mərkəzi Xəstəxanasından verilib.
 
İlk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, üzərinə gül dəstələri qoyulub. Daha sonra Şəhidlər xiyabanı ziyarət edilərək Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi anılıb.
 
Aksiya çərçivəsində professor Tofiq Cahangirov və onun heyəti iştirak edib. Həssas əhali qrupuna daxil olan 160-dan çox vətəndaş EXO, EKQ, USM, laborator müayinələr, könüllü endokrinoloq və nevropatoloq konsultasiyasından keçiblər.
 
Aparılan müayinələrin nəticələrinə əsasən, xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndiriliblər.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub