Gəncədə “II Beynəlxalq Qastroenteroloji və Cərrahiyyə Günləri” adlı konfrans keçirilib
31.10.2023 12:06
TƏBİB-in dəstəyi, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının və Azərbaycan Qastroenterologiya və Invaziv Endoskopiya Cəmiyyətinin (AQİEC) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “II Beynəlxalq Qastroenteroloji və Cərrahiyyə Günləri” adlı konfrans keçirilib.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Aztibb.az-a bildirilib ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət Himnləri səsləndirilib.
Açılış nitqi ilə çıxış edən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov iştirakçıları salamlayıb və Gəncədə tibb sahəsində görülən işlər barədə ətraflı məlumat verib.
Daha sonra TƏBİB-in İxtisaslı tibbi yardım departamentinin Tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Vüsal Yusifov qurumun İcraçı direktoru Vüqar Qurbanovun konfrans iştirakçılarına müraciətini səsləndirib.
Konfransda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yadigar Bədəlov konfrans iştirakçılarına uğurlar arzu edib.
Türkiyənin Gəncədəki baş konsulu Rəcəp Öztop isə çıxışında Azərbaycan-Türkiyə qardaşlığının bütün sahələrdə olduğu kimi, tibb sahəsində də uğurla inkişaf etdiyini bildirib. O, qeyd edib ki, bu cür konfransların keçirilməsi və mütəxəssislərin əməkdaşlığı birgə fəaliyyət baxımından mühüm amildir.
Konfransın təşkilati sədri, Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin rəhbəri Fərid Quliyev mədə-bağırsaq xəstəliklərinin müayinə və müalicəsində tətbiq olunan yeniliklər barədə fikirlərini bölüşüb, konfransda bu sahədə olan son tədqiqatlar haqqında təqdimatların yer alacağını vurğulayıb.
İki gün davam edən “II Beynəlxalq Qastroenteroloji və Cərrahiyyə Günləri” konfransında 8 panel üzrə 40-a yaxın məruzə təqdim olunub. “Ezofaqus”, “Mədə”, “Öd yolları”, “Mədəaltı vəzi”, “Qaraciyər”, “Transplantologiya”, “Yoğun bağırsaq və düz bağırsaq xəstəlikləri”, “İnvaziv cərrahiyyə” adlı panellərdə Türkiyədən dəvət olunan professor heyəti ilə yanaşı, Bakıdan və Gəncədən olan həkim-mütəxəssislər çıxış ediblər.
Qeyd edək ki, konfransa Azərbaycanın müxtəlif regionlarından 200-ə yaxın qastroenteroloq, terapevt, cərrah və onkoloq qatılıb.
Konfrans Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub. İştirak edən həkimlərə 13 kredit balı verilib.
Tədbirin sonunda məruzəçilərə və iştirakçılara sertifikatlar təqdim edilib.
Bu bölməyə aid digər xəbərlər
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
Rəşad Mahmudov beynəlxalq tibb konqresində elmi məruzə ilə çıxış edib
16.10.2026 | 10:11
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

