İsrail Qəzzada Türkiyə-Fələstin Dostluq Xəstəxanasını bombalayıb
31.10.2023 11:12

İsrail ordusu Qəzza İslam Universitetinin Tibb fakültəsinin nəzdində fəaliyyət göstərən Türk-Fələstin Dostluq Xəstəxanasına hücum edib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, Türk-Fələstin Dostluq Xəstəxanasının direktoru Sübhi Sukeyk bildirib ki, İsrailin hədəf aldığı Qəzzada səhiyyə idarəsinə aid xəstəxanada dağıntılar baş verib. Türk-Fələstin Dostluq Xəstəxanasının üçüncü və sonuncu mərtəbəsi bombalandı, xəstəxanaya ciddi ziyan dəyib.


Xəstəxananın 3-cü mərtəbəsində baş verən yanğının nəzarət altına alındığını bildirən S.Sukeyk qeyd edib ki, bombalama bəzi elektromexaniki sistemlərin sıradan çıxmasına səbəb olub, xəstələrin və səhiyyə işçilərinin həyatını təhlükəyə atıb.

 

Qeyd edək ki, Türkiyə tərəfindən tikilən xəstəxana 6 il əvvəl tamamilə yerli səhiyyə idarəsinə verilib. Qəzza zolağında xərçəng xəstələrinin müalicə olunduğu Türk-Fələstin Dostluq Xəstəxanası hərtərəfli təhsil və araşdırma xəstəxanasıdır. Bu tibb müəssisəsi, həmçinin Qəzzada ehtiyac duyulan həkim, tibb bacısı və bu kimi tibb işçiləri yetişdirir.

 

Fələstinin ən böyük xəstəxanalarından biri olaraq seçilən Türk-Fələstin Dostluq Xəstəxanası təqribən 34 min 800 kvadratmetr sahədə inşa edilib, 3 mərtəbəlidir və 180 çarpayılıqdır.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub