Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Türkiyədə “ENDOCURS 7” tədbirində iştirak edib
01.11.2023 09:07

Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Şəbnəm Əlirzayeva Türkiyə Endokrinoloji və Metabolizm Dərnəyinin təşkilatçılığı ilə Bursa şəhərində keçirilən Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr edilmiş “ENDOCURS 7” tədbirində iştirak edib.

 

Hospitaldan Aztibb.az-a bildirilib ki, dünyanın müxtəlif ölkələrindən endokrinologiya və metabolizm sahəsində təcrübəli və səlahiyyətli alimlər, endokrinologiya və metabolik xəstəliklər mütəxəssislərinin iştirak etdiyi elmi toplantıda endokrinoloji, piylənmə, diabet xəstəliyi və onun müalicə yolları barədə nüfuzlu endokrinoloqların elmi məruzələri, çıxışları dinlənilib, qrup təqdimatları və müzakirələr aparılıb. 

 

4 gün davam edən bu mötəbər tədbirdə endokrinologiya sahəsində aktual məsələlər müzakirə olunub, əldə olunan nailiyyətlər təbliğ edilib, maraqlı fikir mübadilələri aparılıb. Konqresin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub