“Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb
30.10.2023 16:07

Oktyabrın 30-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş “Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda beynəlxalq konfransın və Azərbaycan Fizioloqlarının VI Konqresinin açılış mərasimi olub.

 

Aztibb.az xəbər verir ki, tədbir AMEA Rəyasət Heyəti, Səhiyyə Nazirliyi, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Elm və Təhsil Nazirliyi akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Azərbaycan Fizioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.

 

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. Ümummilli Liderin və görkəmli oftalmoloq-alimin məzarları önünə əklil və gül dəstələri qoyulub, onların əziz xatirələri dərin ehtiramla yad edilib.

 

Həmçinin iştirakçılar Ulu Öndər Heydər Əliyevin Mərkəzi Elmi Kitabxanadakı büstü önünə gül dəstələri düzərək, dahi liderin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

 

Daha sonra Mərkəzi Elmi Kitabxananın foyesində Ulu Öndər Heydər Əliyevə və akademik Zərifə xanım Əliyevaya həsr edilmiş sərgiyə baxış keçirilib. Sərgidə il ərzində AMEA-da dərc olunmuş Ulu Öndər Heydər Əliyevə həsr edilən 50-yə yaxın kitab, eləcə də  akademik Zərifə Əliyevanın fəaliyyətinə dair dünyanın müxtəlif dillərinə tərcümə olunmuş kitab, jurnal və konfrans materialları nümayiş etdirilib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli konfransı giriş nitqi ilə açaraq beynəlxalq tədbirin elmi əhəmiyyətini vurğulayıb. O, konfransda Türkiyə, Rusiya, Belarus, Gürcüstan və digər ölkələrdən alim və mütəxəssislərin, tanınmış fizioloqlarin iştirak etdiyini diqqətə çatdırıb.

 

Akademik İsa Həbibbəyli 2023-cü ilin Prezident İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan olunduğunu xatırladaraq, il boyu ölkəmizdə və xaricdə, eləcə də AMEA-da görkəmli dövlət xadiminə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini və bu tədbirlərin böyük elmi-mədəni hadisələrlə, Azərbaycanın taleyüklü məsələləri ilə daha da yaddaqalan olduğunu bildirib.

 

Akademik Zərifə Əliyevanın zəngin elmi irsindən, Azərbaycan oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışan AMEA rəhbəri alimin elmi məktəb yaratdığını, elmi kadrların yetişdirilməsi istiqamətində əhəmiyyətli işlər gördüyünü söyləyib. O, Zərifə xanımın həm də görkəmli ictimai xadim olduğunu deyərək alimin Ulu Öndərin apardığı böyük dövlətçilik fəaliyyətinə daim dəstək verdiyini qeyd edib.

 

“Konfransın keçirildiyi günlər Azərbaycanın çoxəsrlik tarixinin nadir hadisələrinin baş vediyi günlərə təsadüf edir”, - deyə bildirən akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin prinsipial mövqeyi və diplomatik fəaliyyəti sayəsində tarixi ədalətin qələbə çaldığını və Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam bərpa edildiyini vurğulayıb. O, bu gün üçrəngli Dövlət Bayrağınının Qarabağda, ölkəmizin hər yerində vüqarla dalğalandığını qeyd edib.

 

AMEA rəhbəri vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ailəsindəki ən önəmli həyat prinsipi xalqa, millətə xidmət və sədaqət olub. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da Ulu Öndərin ideyalarını böyük əzm və sədaqətlə həyata keçirir. Onun szölərinə görə, Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyeva humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq ölkəmizdə ictimai-sosial, mədəni  sahələrdə genişmiqyaslı layihələr həyata keçirir.

 

Akademik İsa Həbibbəyli bildirib ki, Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileyləri çərçivəsində keçirilən tədbirlər dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük dövlətçilik zəfərlərinin ictimai siyasi mahiyyətini tam mənası ilə ortaya qoymuşdur.

 

Çıxışının sonunda AMEA prezidenti  konfransın yüksək səviyyədə təşkilində əməyi olanlara minnətdarlığını bildirib, tədbirdə səslənəcək fikirlərin elmimizin inkişafına müsbət töhfə verəcəyinə inamını ifadə edib.

 

Sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxış edərək Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirələrinə həsr edilmiş konfransın miqyasına, əhatə dairəsinə görə mötəbər və yaddaqalan olacağına əminliyini bildirib. Vurğulayıb ki, Azərbaycan xalqı hər iki görkəmli azərbaycanlı şəxsiyyəti daim böyük hörmət və ehtiramla anır, onların Vətənimiz və xalqımız üçün xidmətlərini xüsusi minnətdarlıqla xatırlayırlar.

 

Akademik Əhliman Əmiraslanov Zərifə xanımın nəinki Azərbaycanda, SSRİ miqyasında gözün peşə patologiyası ilə ciddi məşğul olan və öz sözünü deyən ilk mütəxəssis olduğunu söyləyib. O, görkəmli alimin oftalmologiyanın son dərəcə ağır sahələri ilə məşğul olduğunu, genişmiqyaslı fəaliyyəti ilə yeni nəticələr əldə etdiyini diqqətə çatdırıb.

 

Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov 2023-cü ilin ölkəmiz üçün bir sıra əlamətdar günlərlə zəngin olduğunu, ölkə Prezidentinin Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq- alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyləri ilə bağlı müvafiq sərəncamlar imzaladığını xatırladıb. O, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elm, təhsil, tibb və digər sahələrin inkişafına göstərdiyi diqqət və qayğıdan, akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminin, oftalmologiya və fiziologiyanın inkişafına verdiyi dəyərli töhfələrdən söz açıb.

 

Konfransın Azərbaycan tarixində silinməz izlər qoymuş iki böyük şəxsiyyətin yubileyinə həsr olunduğunu deyən Nadir Zeynalov Səhiyyə Nazirliyinin AMEA ilə birgə akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə bir sıra tədbirlər keçirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, görkəmli alim oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və ixtisaslaşdırılmış elmi -tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılıb.

 

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad fakültəsinin dekanı, prof. Mehmet Yüce, Rusiya Elmlər Akademiyasının İ.P.Pavlov adına Fiziologiya İnstitutunun Görmənin fiziologiyası laboratoriyasının müdiri, professor Yuri Şelepin, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımov, akademik A.Qarayev adına Fiziologiya İnstitutununun direktoru, professor Ulduz Həşimova, Gürcüstan Respublikası İ.Beritaşvili adına Eksperimental Biotibb Mərkəzinin laboratoriya müdiri, professor Merab Tsaqareli, Özbəkistan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Asiya Tibb Universitetinin tədris işləri və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Murodjon Botirov və Azərbaycan Tibb Universitetinin kafedra müdiri, professor Paşa Qəlbinur çıxış ediblər. Çıxış edənlər akademik Zərifə xanım Əliyevanın zəngin irsinin, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlarının və fundamental əsərlərinin Azərbaycan elminin inkişafındakı müstəsna rolundan danışıb, beynəlxalq konfransın işinə uğurlar arzulayıblar.

 

Konfrans işini plenar və bölmə iclasları ilə davam etdirir.

 

Tədbirdə oktyabrın 31-də yekun vurulacaq. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır