Qastroenteroloq Rəfael Həsənov “II Beynəlxalq Qastroenteroloji və Cərrahiyyə Günləri” konfransında çıxış edib
30.10.2023 09:00
TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanası və “Qastroenterologiya və İnvaziv Endoskopiya” Elmi Araşdırmalar və Maarifçilik İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “II Beynəlxalq Qastroenteroloji və Cərrahiyyə Günləri” adlı konfrans keçirilir.
 
Diaqnoz Tibb Mərkəzindən Aztibb.az-a bildirilib ki, Gəncə Dövlət Filarmoniyasında baş tutan konfransda Türkiyədən dəvət olunan professor heyəti, Bakıdan və Gəncə şəhərindən olan mütəxəssislər aktual mövzularla çıxış edirlər.
 

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov konfransın açılışında çıxış edərək bildirib ki, konfransda tibb elmində baş verən yeniliklər və müalicələr haqqında ətraflı məlumat veriləcək. Müzakirələr əsasən laparoskopik əməliyyatlar haqqında olacaq. 

 

Türkiyənin Gəncədəki baş konsulu Rəcəp Öztop isə çıxışında Azərbaycan-Türkiyə qardaşlığının bütün sahələrdə olduğu kimi, tibb sahəsində də uğurla inkişaf etdiyini deyib. Bildirib ki, bu cür konfransların keçirilməsi və mütəxəssislərin əməkdaşlığı birgə fəaliyyət baxımından mühüm amildir. 
 
Beynəlxalq tədbirə Diaqnoz Tibb Mərkəzinin qastroenteroloq-endoskopisti Rəfael Həsənov da qatılıb.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır