Azərbaycan Radioloqlarının III Beynəlxalq Elmi–Praktiki Konfransı keçirilib
29.10.2023 17:08

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azərbaycan Radioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı, eləcə də “Bayer” və “Phillips” şirkətlərinin əməkdaşlığı ilə Azərbaycan Radioloqlarının III Beynəlxalq Elmi–Praktiki Konfransı keçirilib.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayan konfransda açılış mərasimində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev tədbir iştirakçılarını salamlayaraq, xəstələrə düzgün diaqnozun qoyulmasında radioloji müayinələrin rolunu xüsusi vurğulayıb.

 

İ.Əfəndiyev qeyd edib ki, bəzən insan həyatının xilas edilməsi birbaşa ona qoyulan düzgün diaqnozdan və düzgün müalicədən asılı olur. Radiologiya sahəsində çalışan mütəxəssislər arasında təcrübə mübadiləsinin vacibliyini qeyd edən İ.Əfəndiyev bu istiqamətdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və onun müvafiq strukturları tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O, konfransa həm yerli, həm də xarici ölkələrdən dəvət olunmuş yüksəkixtisaslı mütəxəssislərin də qatıldığını xüsusi qeyd edib, konfrans iştirakçılarını bu tədbirin onların gələcək fəaliyyətlərinə təsirini, paylaşılan nailiyyətlərin tətbiqinə imkan verəcəyini vurğulayıb.

 

Azərbaycan Radioloqlar Cəmiyyətinin sədri, t.ü.f.d. Yunus Əfəndiyev və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev də çıxış edərək mövzu ilə əlaqədar fikirlərini bölüşüblər və bu səpkidə keçirilən tədbirləri yüksək qiymətləndiriblər. Onlar konfransın Heydər Əliyev ilində keçirilməsini xüsusi qeyd edərək, əhəmiyyətindən danışıblar.

 

Yunus Əfəndiyev tədbir iştirakçılarını salamlayıb, xarici ölkələrdən gələn qonaqları konfrans iştirakçılarına təqdim edib. Qeyd edib ki, 2019-cu ildə yaradılan Azərbaycan Radioloqlar cəmiyyətinin təşkilatçılığı ilə bu qısa müddət ərzində 3 beynəlxalq elmi forum keçirilib və biz Azərbaycan radiologiyasını Avropada tanıtmışıq. Cəmiyyətimiz Avropa Radioloqlar İttifaqının üzvüdür. O öz çıxışında konfransın qardaşlıq, kollegiallıq, qarşılıqlı hörmət, qeyri-rəsmi şəraitdə keçirilməsini yüksək qiymətləndirib və konfransa işində uğurlar arzulayıb.

 

Konfransın birinci panelində Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq Eldəniz Hüseynov “İşemik kardiomiopatiyada kardiak MRT-nin rolu” mövzusunda çıxış edib, eləcə də “Tək saylı, kiçik hepatik törəmələrin radioloji diaqnostikası”, “Kimyəvi terapiyadan sonra ağciyər iltihabının radioloji görüntüsü”, “Azərbaycan Radioloqlar Cəmiyyətinin 2022-2023-cü illərdə fəaliyyətinə dair hesabat”, “İşemik kardiomiopatiyada kardiak MRT-nin rolu”, “Təcili ultrasəs müayinələrinin xüsusiyyətləri” və digər mövzularda məruzələr dinlənilib.

 

100 nəfərin əyani, 300-dən çox mütəxəssisin onlayn olaraq iştirak etdiyi 2 paneldən ibarət konfransda Azərbaycan, Türkiyə, İngiltərə və Rusiyadan olan ekspertlər tərəfindən müxtəlif xəstəliklər zamanı düzgün radioloji yanaşmanın vacibliyi barədə 19 məruzə edilmiş və konfransın panel müzakirələri interaktiv şəkildə aparılmışdır.

 

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 8 DTT balı ilə qiymətləndirilib.
Zoom platforması üzərindən hibrid formatda təşkil olunmuş konfrans eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.Tədbirin sonunda mövzular ətrafında geniş müzakirələr aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub