II Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresi işə başlayıb
28.10.2023 10:20

“Hilton” otelində Azərbaycan Tibb Universiteti (ATU), Milli Onkologiya Mərkəzi, ATU-nun Onkoloji Klinikası və Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının birgə təşkilatçılığı ilə II Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresinin açılış mərasimi keçirilib.

 

Aztibb.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Vətənimizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə ATU-nun rektoru, professor Gəray Gəraybəyli açaraq bu ilin Azərbaycan xalqı üçün əlamətdar olduğunu, Ulu Öndər Heydər Əliyevin və dünya şöhrətli oftalmoloq Zərifə Əliyevanın 100 illik yubileylərinin ölkəmizdə qeyd olunduğunu bildirib.

 

O, həmçinin bu il Azərbaycanın ərazi bütövlüyü və suvenliyinin tam təmin olunduğunu, üçrəngli bayrağımızın Xankəndidə, Xocalıda, Xocavənddə dalğalandığını vurğulayıb.

 

Konqres haqda məlumat verən H.Gəraybəyli bildirib ki, tədbirin təşkilində məqsəd onkologiyanın mühüm sahələrindən olan süd vəzi xəstəlikləri, o cümlədən süd vəzi xərçəngi, ümumiyyətlə qadın sağlamlığı məsələlərini müzakirə etmək və müxtəlif ölkələrin onkoloq, mammoloq və ginekoloqları arasında məhsuldar dialoq yaratmaqdır.

 

Professor G.Gəraybəyli konqresin işində dünyaca tanınmış mütəxəssislərin iştirak etdiyini qeyd edib. Bildirib ki, Türkiyə, ABŞ, Almaniya, Avstriya, Macarıstan, Hindistan və digər ölkələrdən təşrif buyurmuş ekspertlərin məruzələri böyük marağa səbəb olacaq və onkologiyanın bu sahəsinin inkişafına mühüm töhfə verəcək: “Konqres çərçivəsində iki təlim kursu da keçiriləcək ki, onlar süd vəzi xəstəliklərinin radioloji görüntüləməsi və onkoplastik cərrahi məsələlərin daha dərindən araşdırılmasına imkan yaradacaq". 

 

Sonra Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Müşfiq Məmmədli, Sədaqət Vəliyeva çıxış edərək ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarından, tibb sahəsi üzrə peşəkar mütəxəssislərin yetişdirilməsindən, dünyanın aparıcı tibb müəssisələri ilə elmi-kadr mübadiləsindən danışıb, beynəlxalq tədbirin əhəmiyyətini vurğulayıblar.

 

Türkiyənin Kocaeli Universitetinin rektoru, professor Nuh Zafer Canturk, Marmara Universitetinin Tibb fakültəsinin Ümumi cərrahiyyə kafedrasının professoru Bahadır Güllüoğlu, Acıbadem Molekulyar Patologiya Laboratoriyasının direktoru, professor M.Cengiz Yekicler də öz çıxışlarında aktual mövzuya həsr olunmuş konqresin önəmini qeyd edib, Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulması, kadr hazırlığı və tələbə mübadiləsindən söhbət açıblar.

 

Tədbir işini bölmə iclasları ilə davam etdirir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır