ATU əməkdaşları Özbəkistanda beynəlxalq konfransda çıxış ediblər
28.10.2023 16:14

ATU-nun Yoluxucu xəstəliklər kafedrasının əməkdaşları Vüqar Cavadzadə, Gülnarə İbrahimova və Sulduz Əhmədova Özbəkistanın Buxara şəhərində yerləşən İbn Sina Tibb Universitetinin təşkil etdiyi "Infeksion xəstəliklər və antimikrob vasitələr" adlı beynəlxalq konfransda iştirak ediblər.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, konfransın açılışında dosent Gülnarə İbrahimova Azərbaycan nümayəndə heyəti adından çıxış edib. Dosent Vüqar Cavadzadə isə panel iclasında "Virus hepatitli xəstələrdə bağırsaq parazitozlarının rastgəlmə tezliyi və müalicəsi" mövzusunda məruzə oxuyub. Onun aktual mövzuda çıxışı iştirakçıların marağına səbəb olub.

 

V.Cavadzadə məruzəsində Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına əsaslanaraq qeyd edib ki, hər il dünyada 1,4 milyon insan A hepatit, 1,5 milyon insan B hepatit, 1 milyondan artıq insan isə C hepatit virusuna yoluxur. Əməkdaşımız, həmçinin B, C və B+D virus hepatitli xəstələrdə bağırsaq parazitozlarına (askarida, enterobius, trixosefal, trixinella, blantidia və ləmblia) rast gəlindiyini, onların virus hepatitlərinin gedişini çətinləşdirdiyini və ağırlaşma riskini artırdığını bildirib.

 

İki günlük konfransın işində Türkiyə, ABŞ, Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Tacikistan və digər ölkələrin aparıcı mütəxəssisləri iştirak ediblər. Onlar müasir dünyada qlobal problemlərdən birinə çevrilmiş infeksion xəstəlikləri müzakirə edib, geniş fikir mübadiləsi aparıblar. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib