Sumqayıt Tibb Mərkəzinin əməkdaşları mülki müdafiə təliminə qatılıblar
28.10.2023 08:53
FHN-nin Sumqayıt Regional Mərkəzinin hazırlıq planına əsasən, “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun fəaliyyəti dayandırılmış sahəsində "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda maarifləndirici tədbir və kompleks mülki müdafiə təlimi keçirilib.
 
 
Mülki müdafiə təliminə Sumqayıt Tibb Mərkəzinin (STM) Təcili Tibbi Yardım Xəstəxanasının, eləcə də Təcili Təxirəsalınmaz Yardım Stansiyasının həkimləri, texnika və tibbi avadanlıqlarla qatılıblar.
 
Bu barədə Aztibb.az-a STM-dən bildirilib.
 
Şərti zəlzələ və baş verən yanğın zamanı xəsarət alanlar sanitar posta gətirilib və onlara ilkin tibbi yardım göstərilib. Ağır vəziyyətdə olanların isə təcili yardım maşınları ilə şəhərin müalicə müəssisələrinə göndərilməsi əməliyyatları yerinə yetirilib.
 
Bu cür təlimin keçirilməsinin əsas məqsədi şəhər ərazisində olan qüvvələrin hazırlıq səviyyəsini, mülki müdafiə dəstələrinin fövqəladə hadisələrə qarşı nə dərəcədə hazır olduqlarını nümayiş etdirməkdir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub