Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda təcrübə keçən həkim-rezidentlərin fərdi iş planları təsdiq edilib
27.10.2023 14:26
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
Bu məlumat Aztibb.az-a İnstitutdan verilib.
Bildirilib ki, müəssisənin direktoru, prof. Sədaqət Hüseynovanın sədrliyi ilə keçirilən iclasda institutun elmi katibi, baş həkim, elmi şuranın üzvləri və elmi işçilər iştirak ediblər.
Prof. Sədaqət Hüseynova iclasda müəssisənin elmi istiqamətlərini, cari ildə elmi işçilərin hazırladıqları mövzuların iş planının əsas müddəalarının müzakirə olunacağını şura üzvlərinin diqqətinə çatdırıb.
Tədbirdə Fiziki üsullarla müalicə şöbəsinin rəhbəri, t.e.d. F.Balakişiyevanın “Serebral işemik insultlu xəstələrin reabilitasiyasında serebrolizinlə farmakoterapiyanı və transserebral fizioterapiyanı istifadə etməklə yeni müalicə üsullarının işlənib hazırlanması", Terapiya bölməsinin elmi rəhbəri, t.ü.f.d. M.Bəylərovun "Təbii amillər əsasında damar qoruyucu müalicə və reabilitasiya komplekslərinin işlənib hazırlanması" adlı mövzusunun, prof. S.Hüseynova tərəfindən tərtib olunmuş “Kliniki elektromioqrafiyaya giriş” adlı tədris-metodik vəsaitinin iş planının müzakirəsi və təsdiqi olub.
Sonda gündəlikdə olan məsələlər şura üzvləri ilə müzakirə edilib, irad və təkliflər səsləndirilib, bir sıra qərarlar qəbul edilib. Həmçinin institutda Fizioterapiya və tibbi bərpa ixtisası üzrə təcrübə keçən həkim-rezidentlərin 2023-cü il üçün fərdi iş planları təsdiq olunub.
Bu bölməyə aid digər xəbərlər
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
Rəşad Mahmudov beynəlxalq tibb konqresində elmi məruzə ilə çıxış edib
16.10.2026 | 10:11
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

