Uşaqların sağlamlığının keşiyində duran qayğıkeş pediatr-neonatoloq - Fərəh Vahabova
31.10.2023 16:43

“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizlərə uşaqların sağlamlığının keşiyində duran mehriban və qayğıkeş pediatr-neonatoloq Fərəh Vahabovanı təqdim edirik.

 

O, 2003-cü ildə Azərbaycan Tibb Universitetini bitirib, 2003-2004-cü illərdə Elmi Tədqiqat Pediatriya İnstitutunda internatura keçib. Əmək fəaliyyətinə 2000-ci ildə başlayan Fərəh Vahabova 2012-ci ilə qədər müxtəlif özəl tibb müəssisələrində həkim-pediatr kimi çalışıb. 2012-ci ildən Mərkəzi Gömrük Hospitalında pediatr-neonatoloq kimi fəaliyyət göstərir.

 

Həkim Mərkəzi Gömrük Hospitalında yeni doğulmuş uşaqların müayinəsi, uşaqların anadan olduğu dövrdən 17 yaşa kimi olan dövrdə müayinə və müalicəsi, vaksinasiya, uşaqlarda qastroenterologiya, pulmonologiya, allerqologiya, otolarinqologiya kimi xəstəliklərin müalicəsi və ağır xəstələrin stasionar şəraitdə müalicəsi ilə məşğul olur.

 

Fərəh Vahabova daim öz üzərində çalışan həkimdir. O, dünya mətbuatını mütəmadi olaraq izləyir, tibb elminin nailiyyətləri ilə tanış olur, onları öyrənir və öz təcrübəsində tətbiq edir. Daim mötəbər beynəlxalq konfrans, seminar və elmi-praktik konfranslara qatılır. Belə ki, 2018-ci ildə  Neonatologiya üzrə 1-ci Bakı Beynəlxalq Konfransında, “Pediatriyada yeniliklər” mövzusunda VIII Simpoziumda, 2019-cu ildə Neonatologiya üzrə Azərbaycan-Türkiyə 2-ci İntensiv təlim kursunda, Neonatologiya üzrə 2-ci Bakı Beynəlxalq konqresində, 2021-ci ildə Professor Tamerlan Əliyevin 100 illiyinə həsr olunmuş və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə keçirilən “Təbabətin aktual problemləri 2021” mövzusunda elmi-praktik konqresdə və 2022-ci ildə Türkiyə Pediatrlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən XXVIII Milli Uludağ Pediatriya Qış konqresində iştirak edib.

  

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub