Uzman uşaq cərrahı Vüsal Cəfərov Türkiyədə beynəlxalq konqresdə iştirak edir
26.10.2023 15:09

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov Türkiyənin paytaxtı Ankarada keçirilən 40-cı Milli Uşaq Cərrahiyyəsi Konqresi və 26-cı Milli Uşaq Cərrahiyyəsi Tibb bacısı Konqresində iştirak edib.

 

Hospitaldan Aztibb.az-a verilən məlumata görə, tədbirlər 29 oktyabr 2023-cü il tarixinədək davam edəcək.

 

Hər iki konqres Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü və Türkiyə Uşaq Cərrahiyyəsi Dərnəyinin 40-cı ildönümü münasibətilə keçirilib. Konqres Türk Milli Məclisinin də qatldığı “Anadangəlmə diafraqma yırtığında aktual yanaşmalar” adlı simpoziumla başlayıb.

 

Simpoziumda “Anadangəlmə diafraqma yırtığı riskinin qiymətləndirilməsi”, “Anadangəlmə diafraqma yırtığı üçün tənəffüs dəstəyi və ECMO”, “Ağciyər hipertenziyasının müalicəsində nə dəyişdi?”, “Cərrahi əməliyyatların planlaşdırılması”, “Anadangəlmə diafraqma yırtığının müalicəsinin uzunmüddətli nəticələri” və s. mövzularda çıxışlar dinlənilib.

 

Tədbirdə beynəlxalq alimlərin iştirakı ilə cari hadisələr müzakirə olunub.

Oktyabrın 27-si videosessiyalar, oktyabrın 29-da isə kolorektal patologiya üzrə şifahi təqdimatlar baş tutacaq. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub