Kəskin süst ifliclər üzərində epidemioloji nəzarətin və immunlaşdırılmanın gücləndirilməsinə dair tədbir keçirilib
29.10.2023 09:04
Qazax Rayon Mərkəzi Xəstəxanasında kəskin süst ifliclər üzərində epidemioloji nəzarətin və immunlaşdırılmanın gücləndirilməsinə dair treninq keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbirdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin müdiri Tərlan Həşimov və Parazitologiya şöbəsinin müdiri Gülafət Azadəliyeva iştirak etdilər.
 
Gülafət Azadəliyeva poliomielit kimi ağır yoluxucu xəstəliyin 15-20 il bundan əvvələ qədər Azərbaycanda geniş yayıldığını və görülən tədbirlər nəticəsində bu xəstəliyə yoluxanların sayının sıfıra endirildiyini bildirib. 2002-ci ildə ÜST-nin Azərbaycana “Poliomielitdən azad ölkə” statusunu verdiyini qeyd edən Gülafət Azadəliyeva 2005-ci ildən başlayaraq qızılca və məxmərək əleyhinə də tədbirlərin genişləndiyini diqqətə çatdırıb.
 
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin müdiri Tərlan Həşimov “Vəhşi Poliomielit Virusunun yayılmasında, Kəskin Süst İflici (KSİ) üzərində epidemioloji nəzarətin təşkilində qlobal və regional səviyyələrdə mövcud vəziyyət”, o cümlədən “Regional Sertifikasiya Komissiyasının tövsiyələri” mövzularında təqdimatla çıxış edib. Poliomielitin eradikasiyasından bəhs edən mütəxəssis vəhşi polio viruslarının yayılması coğrafiyası, ÜST-nin Avropa regionunda poliomielit alovlanmasına cavab olaraq immunlaşdırma tədbirləri, xəstələrin müalicəsi istiqamətində atılmış addımlarla bağlı məruzə edib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub