Azərbaycanlı pulmonoloq ABŞ Döş Qəfəsi Həkimləri Təşkilatının beynəlxalq konqresində çıxış edib
26.10.2023 13:22

ATU-nun pulmonoloqu, professor Əlizamin Sadıqov dünya miqyaslı ABŞ Döş Qəfəsi Həkimləri Təşkilatının (The American College of Chest Physicians - CHEST) beynəlxalq konqresində çıxış edib.

 

Aztibb.az-a ATU-dan verilən məlumata görə, ABŞ-ın Havay ştatının Honolulu şəhərində keçirilən illik toplantının işinə bir çox ölkələrin aparıcı mütəxəssisləri qatılıblar.  

 

CHEST-in təşkilatçılığı ilə baş tutan yığıncaqda pulmonologiya ilə yanaşı, tibbin digər sahələrinə aid yeniliklər, elmi nailiyyətlər müzakirə edilib. İştirakçılar arasında təcrübə mübadiləsi aparılıb, fərqli qurumlar və tibb-elmi müəssisələr arasında yeni əməkdaşlıqlar qurulub. 

 

ABŞ Döş Qəfəsi Həkimləri Təşkilatının eksperti, professor Ə.Sadıqov konqresdə çıxış edərək bəzi ağciyər xəstəliklərinin müalicə metodları, döş qəfəsi infeksiyaları, intensiv terapiya üsulları və digər məsələlərlə bağlı fikirlərini bölüşüb. Azərbaycanlı həkimin məruzələri auditoriya tərəfindən maraqla qarşılanıb.

 

Tədbirdə dinlənilən məruzələr nüfuzlu CHEST jurnalında çap olunub.

 

Qeyd edək ki, CHEST - ABŞ Döş Qəfəsi Həkimləri Təşkilatının innovativ pulmonologiya və döş qəfəsi xəstəliklərinin müalicəsində aparıcı rol oynayan peşəkarları birləşdirir. Bu qurum təhsil, təbliğat, tədqiqat və xeyriyyəçilik vasitəsilə ağciyər xəstələrinin sağlamlığı uğrunda fəaliyyət göstərir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər