Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu ilə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb
26.10.2023 09:50

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının əməkdaşları Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunda işgüzar görüşdə olublar.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.

 

Görüşdə DGK Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Hospitalın fizioterapevti Səidə Kərimova, Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun idarə heyətinin sədri Səbinə Xəlilova və müalicə işləri üzrə sədr müavini, t.ü.f.d., dosent Rəhimə Qabulova iştirak edib.

 

İlk növbədə, nümayəndə heyəti Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun tibbi imkanları və fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar.

 

Həmçinin görüş zamanı Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu ilə mümkün əməkdaşlıq imkanları, qarşılıqlı elmi-praktik tədbirlərin və sosial fəaliyyətlərin təşkili, o cümlədən əməkdaşlıq memorandumunun imzalanması məsələləri müzakirə edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub