Tədris Terapevtik Klinikasında rezidentlər üçün növbəti seminar keçirilib
25.10.2023 15:26

ATU-nun Rezidentura və magistratura şöbəsi Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti ilə birgə Tədris Terapevtik Klinikasında rezidentlər üçün növbəti seminar keçirib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, tədbirdə şöbənin müdir müavini, assistent Namiq Xəlilov artıq bir ənənəyə çevrilən bu seminarların rezidentlərin və gənc həkimlərin həyatında böyük əhəmiyyətə malik olduğunu deyib. Seminarların baş tutmasında ATU-nun və klinika rəhbərliklərinin rolunu qeyd edən N.Xəlilov dəstəyə görə təşəkkür edib.

 

Daha sonra ATU-nun Anesteziologiya və reanimatologiya kafedrasının assistenti Pərisa Xoşbonyaninin “Nutritiv dəstəyin intensiv terapiyada rolu” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, kritik vəziyyətlərin müalicəsinin müasir yanaşmasında nutritiv dəstəyin rolu əvəzsizdir. Kritik xəstələrdə hiperkatabolizm-hipermetabolizm sindromunun inkişafı və mədə-bağırsaq traktının ciddi funksional pozulmaları ağır metabolik pozğunluqların və mütərəqqi protein-enerji çatışmazlığının inkişafına səbəb olur.

 

Pərisa Xoşbonyaninin sözlərinə görə, nutritiv çatışmazlıq və metabolik pozğunluqların qeyri-adekvat korreksiyası terapevtik tədbirlərin effektivliyini əhəmiyyətli dərəcədə azaldır, septik və infeksion ağırlaşmaların inkişaf riskini artırır, xəstələrin xəstəxanada qalma müddətini uzadır, ölüm nisbətini artırır. Kritik vəziyyətin formalaşmasının əsas patogenetik zənciri - sistem iltihab reaksiyasıdır. Poliorqan çatışmazlıq sistem iltihab reaksiyasının ən ağır formasıdır və reanimasiya və intensiv terapiya şöbəsinin xəstələrində letallığın əsas səbəbi sayılır.

 

Diqqətə çatdırılıb ki, nutritiv terapiyanın əsas məqsədlərindən bəhs edən məruzəçi əlavə edib ki, hipermetabolizm-hiperkatabolizm sindromunun korreksiyası bədənin energetik və plastik tələbatının ödənilməsi, immun funksiyasının modulyasiyası, toxumaların, skelet və tənəffüs əzələlərin funksiyalarına dəstək, bağırsaq çatışmazlığı sindromunun müalicəsi, poliorqan çatışmazlığın profilaktikası və müalicəsidir.

 

İşgüzar şəraitdi keçən seminarın sonunda P.Xoşbonyani rezidentlərin çoxsaylı suallarını cavablandırıb. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər