Bel Ağrısına Multidisiplinar Yanaşma Simpoziumu keçirilib
24.10.2023 10:18

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika tibb müəssisəsində Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin təşkilatçılığı ilə Bel Ağrılarına Multidisiplinar Yanaşma Simpoziumu baş tutub.

 

Bu barədə Aztibb.az-a Yeni Klinikadan məlumat verilib.

 

Açılış nitqi ilə çıxış edən Yeni Klinikanın direktoru Barat Yusubov dərnəyin ilk tədbirinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində reallaşdırılmasının önəmli olduğunu vurğulayıb.

 

Bu gün ölkə başçısının diqqəti sayəsində tibb müəssisələrində yaradılmış müasir şərait, innovativ yeniliklər və modern avadanlıqlar sayəsində səhiyyənin günü-gündən inkişaf etdiyini deyən direktor bilik və təcrübə mübadiləsi istiqamətində ölkədə təşkil olunan elmi konfranslar, simpoziumlar, seminarların səhiyyənin inkişafında mühüm rol oynadığını qeyd edib.

 

Simpoziumun əsas məqsədinin insanların ən çox rastlaşdığı problemə məhz multidisiplinar yanaşmaları təqdim etmək olduğunu ifadə edən Barat Yusubov tədbirin təşkilində əməyi keçən, həmçinin iştirak edən hər kəsə təşəkkürünü bildirib.

 

Prof. Nailə Məmmədova, prof. Rövşən Həsənov, Teymur Mirzəbəyli, Günel Əsgərova, Paşa Mehdiyev və TƏBİB-in icraçı direktorunun müşaviri, Yeni Klinikanın İdarə Heyətinin üzvü Pərvin Əkbərovun moderatorluğu ilə baş tutan simpoziumda həkim mütəxəssislər günümüzün aktual problemlərindən olan bel ağrılarına müxtəlif baxış bucağından fərqli, müsbət nəticəyə istiqamətlənən yanaşmalarla çıxış ediblər.

 

Üç paneldən ibarət olan simpoziumda bel ağrısının epidemiologiyası və kliniki müayinə metodları, bel ağrısında EMG müayinəsi, revmatoloji xəstəliklər, müalicə üsulları - bel ağrılarında fizioterapiyanın rolu, invaziv ağrı müalicələri və bu ağrılara cərrahi müdaxilələr müzakirə olunub.

 

Simpozium sual-cavab sessiyası ilə yekunlaşıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub