Azərbaycan Estetik və Yaşlanma Əleyhinə IX beynəlxalq konqres keçirilib
23.10.2023 11:41

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Bakı Konqress Mərkəzində Azərbaycan Estetik və Yaşlanma Əleyhinə IX beynəlxalq elmi-praktiki konqres baş tutub.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, tədbir  nazirliyin təşkilati dəstəyi ilə Azərbaycan Estetik Təbabət Assosiasiyası (AETA) tərəfindən keçirilib.

 

Səhiyyə nazirinin müavini Nadir Zeynalov tədbir iştirakçılarını və qonaqları salamlayaraq Ümummilli Liderin həyat və fəaliyyəti, Azərbaycan səhiyyəsinə verdiyi yüksək qiymətdən danışıb, yeni yaradılan Estetik Təbabət Assosiasiyasına uğurlar arzulayıb.

 

Konqresdə 35 beynəlxalq spiker və 450 dinləyici iştirak edib, dünyanın bu sahə üzrə tanınmış mütəxəssisləri bilgilərini bölüşüblər. Konqres Səhiyyə Nazirliyi Elmi Şurasının 10 oktyabr 2023-cü il tarixli qərarı ilə davamlı tibbi təhsil üzrə akkreditə olunub və 22 kredit balına layiq görülüb.


Tədbirdə, həmçinin estetik təbabətin müxtəlif sahələrini əhatə edən tanınmış beynəlxalq şirkətlərin məhsullarının sərgisi keçirilib, qonaqlara Azərbaycanın tarixi, mədəniyyət abidələri və milli mətbəxi ilə tanış olmaq imkanı yaradılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub