ATU-nun rektoru Ege Universitetinin prorektorunu qəbul edib  
22.10.2023 21:40

Türkiyənin Ege Universitetinin prorektoru, professor Mehmet Ersan Azərbaycan Tibb Universitetinin qonağı olub.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, qonaq ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb.

 

Rektor universitetin fəaliyyəti, yeni təşkil edilən ixtisaslar və tətbiq olunan proqramlarla bağlı professora ətraflı məlumat verib. Həmçinin Ege Universiteti ilə əldə olunmuş razılaşmaya əsasən, tibb bacısı və fizioterapiya ixtisası üzrə ATU-da həyata keçiriləcək proqramlardan və ikili diplomların tanınmasından söhbət açıb: “Ege Universitetinin rəhbərliyi ilə danışıqlar aparmışdıq ki, tibb bacısı və fizioterapiya üzrə proqramların tətbiqinə və ikili diplomların həyata keçirilməsinə nail olaq. Biz yeni açılmış ixtisasların proqramlarını Türkiyədə tətbiq olunan proqramların əsasında yaratmışıq. Onlar dəyişə bilər, bu və ya digər ölkəyə adaptasiyası mümkündür. İstərdim ki, bu boşluğu aradan qaldıraq və yeni təşkil olunmuş ixtisasla bağlı ikili diploma nail olaq”.

 

Professor Mehmet Ersan artıq bu barədə lazımi sənədlərin hazırlandığını və texniki məsələlərlə bağlı işlərin aparıldığını diqqətə çatdırıb.

 

Görüşdə universitetlər arasında tələbə-müəllim mübadiləsi və birgə elmi-tədqiqat işlərinin aparılması ilə bağlı məsələlər də müzakirə olunub.

 

Görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev də iştirak edib.

 

Daha sonra professor Mehmet Ersan İnsan anatomiyası və tibbi terminologiya kafedrasında və Elektron Mikroskopiya Laboratoriyasında olub, mövcud şəraitlə yaxından maraqlanıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Neftçalada tibbi aksiya: “Erkən müayinə can qurtarır!”