Nizami Tibb Mərkəzində "Klinik protokolların tətbiqi" mövzusunda tədbir keçirilib
22.10.2023 12:12

Nizami Tibb Mərkəzində "Klinik protokolların tətbiqi" mövzusunda tədbir keçirilib.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, tədbirdə TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri, t.ü.f.d. Kəmalə Ağayevanın və şöbənin əməkdaşı Şəbnəm Şahgəldiyeva iştirak ediblər.

 

Tədbirdə Kəmalə Ağayeva çıxış edərək əsas məqsədin beynəlxalq tövsiyələrə əsaslanan, adaptasiya olunmuş klinik protokolların praktik səhiyyədə tətbiqi, tətbiqinin əhəmiyyəti (həkim, pasiyent, tibb müəssisəsi və səhiyyə sistemi üçün), klinik protokolların tətbiqi zamanı baryerlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması istiqamətində tədbirlərin görülməli olduğunu vurğulayıb.

 

Qeyd edilib ki, səhiyyə sisteminin bütün sahələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və izlənilməsində rəhbərlər və mütəxəssislərlə birgə tədbirlərin təşkili zəruridir. Bu tədbirlərə dəstək göstərilməsi məqsədilə klinik protokolların tətbiqinin monitorinqi və qiymətləndirilməsi üçün vahid sistem yaradılmalıdır.

 

Diqqətə çatdırılıb ki, xəstəliklərin diaqnostikası, müalicəsi, profilaktikası və idarəolunmasını asanlaşdırmaqla yanaşı, ağırlaşma və ölüm risklərini minimuma endirmək, maliyyə xərclərini azaltmaq, eləcə də kliniki protokolların tətbiqi prosesinin təkmilləşdirilməsi və tətbiqinə nəzarətin həyata keçirilməsini sürətləndirmək məqsədilə praktik həkimlər tərəfindən təsdiq edilmiş tövsiyələrin tətbiqi mühüm əhəmiyyət kəsb edir.

 

O, həmçinin klinik protokolların tətbiqi və nəzarəti üçün işlək mexanizmin qurulması, tətbiqin monitorinqinin təmin olunması, effektivliyinin analizi və bu sahədə elektron sənədləşmənin yaradılmasının əsas hədəflərdən olduğunu qeyd edib.

 

Görüş interaktiv formatda davam edərək, sual-cavab sessiyası ilə yekunlaşıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub