Mərkəzi Gömrük Hospitalında təhsil alan rezident-həkimlər və onların kuratorları ilə görüş keçirilib  
20.10.2023 12:35
Mərkəzi Gömrük Hospitalında təhsil alan birinci il rezident- həkimlər və onların kuratorları ilə görüş keçirilib.
 
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının rəisi Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov, rezident- həkimlərin kuratorları, rezident-həkimlər və digər əməkdaşlar iştirak ediblər.
 
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, görüşdə İsmayıl Əfəndiyev rezidentlərin Hospitalın təcrübəli həkimlərinin yanında fəaliyyət göstərməklə yüksəkixtisaslı həkim kimi yetişməsi, təcrübə qazanması, bilik və bacarıqlarını artırması, dünya səhiyyə sisteminin ən yeni nailiyyətlərini öyrənmələri və elmi araşdırmalarla məşğul olmaları üçün yaradılacaq imkanlar barədə məlumat verib. O, yeni rezidentlərə Mərkəzi Gömrük Hospitalında işlədikləri müddət ərzində beynəlxalq mübadilə proqramlarında iştirak etmək, tədris proqramının yaxşı mənimsənilməsi və kuratorlarla münasibətlərin düzgün qurulması ilə bağlı məsləhətlər verib.
 
İsmayıl Əfəndiyev, həmçinin Mərkəzi Gömrük Hospitalında təhsil alan bütün rezidentlərin ölkəmizdə və beynəlxalq konfranslarda, konqreslərdə, rotasiyalarda iştirak etmək üçün Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin edəcəyi kömək və töhfələrdən danışıb. DGK Tibbi Xidmət İdarəsinin rəis müavini rezidentləri onların gələcəkdə peşəkar həkim kimi yetişməsində əhəmiyyətli rol oynaya biləcək elmi konfranslarda fəal iştirak etməyə və elmi araşdırmalarda aktiv olmağa çağırıb.
 
Mərkəzi Gömrük Hospitalının rəisi Bəxtiyar Musayev 15 il müddətində Hospitalın əhaliyə yüksəkixtisaslı və peşəkar tibbi xidmət göstərməsi, hazırda burada tətbiq olunan yüksək tibbi texnologiyalar sayəsində xəstələrin sağlamlığını qorumağa tam şəkildə imkan verməsi, habelə həyata keçirilən unikal əməliyyatlar haqqında danışıb.
 
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru Rəşad Mahmudov çıxışında bildirib ki, rezident-həkim 1 il müddətində işlədiyi şöbənin işini öyrənməlidir: “Rezidentura həkim-rezidentlərə verilən bir fürsətdir, bu zamanı itirmək olmaz, çünki həkimlik sənəti əzmkarlıq tələb edən sənətdir. Gələcək həkim əməksevər olmalı, gecə-gündüz pasiyentin yanında olmalı, xəstə ilə zaman keçirməlidir və xəstələrə eyni cür yanaşmalıdırlar”.
 
Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov isə rezidentlərə xarici ölkə universitetlərində rotasiyalar üçün müraciət qaydalarını izah edib. Nabil Seyidov qeyd edib ki, həkim-rezidentlər bu gün daha çox şöbələrdə, xəstələrin yanında, əməliyyatxanalarda olmalıdırlar. Qarşısına yaxşı həkim olmağı məqsəd qoyan rezidentlər həqiqətən həkim kimi yetişmək üçün həm nəzəri biliklərə, həm də praktiki vərdiş və bacarıqlara yiyələnməlidirlər. Bunun üçün də çəkinmədən Hospitalın həkimlərinə, kuratorlara yanaşmalı, onlardan öyrənməlidirlər.
 
Daha sonra Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu, mama-ginekoloq Sədi Allahverdiyev, psixiatr Gülay Məmmədzadə, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə həkim-rezidentlərə tövsiyələrini veriblər.
 
Tədbirin sonunda rezident-həkimlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onların problemləri dinlənilib və məsləhətlər verillib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır