Qəzzada dərman həyəcanı: Əl-Əqsa Şəhidləri Xəstəxanasının anbarı tükəndi
19.10.2023 15:49

13 gündür İsrail tərəfindən blokada və bombardman altında olan Qəzzada Əl-Əqsa Şəhidləri Xəstəxanasında dərman və tibbi ləvazimat ehtiyatının tükəndiyi bildirilib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yəistinadla xəbərinə görə, Əqsa Şəhidləri Xəstəxanasının direktoru İyad əl-Caberi verdiyi açıqlamada xəstəxanadakı vəziyyətin “çox riskli” səviyyəyə çatdığını deyib. O, Əqsa Şəhidləri Xəstəxanasının Qəzzanın mərkəzi hissəsində minlərlə yaralı və xəstənin həyatı təhlükədə olduğunu söyləyib.

 

Direktor qeyd edib ki, oktyabrın 7-dən etibarən İsrail Qəzzanı bütün giriş-çıxışlara bağladığı üçün xəstəxanadakı mühüm dərman və tibbi ləvazimat ehtiyatı tükənib. İyad əl-Caberi İsrailin Qəzzaya tibbi ləvazimatların daxil olmasına icazə verməsi üçün beynəlxalq təşkilatları müdaxiləyə çağırıb.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qabreyesus Qəzzadakı sağlamlıq vəziyyəti ilə bağlı dünən verdiyi açıqlamada ÜST-nin Qəzza üçün bölgəyə göndərdiyi tibbi ləvazimatların 4 gündür sərhəddə gözlədiyini bildirib. O, Qəzzaya həyat qurtaran tibbi ləvazimatların çatdırılması üçün təcili girişə ehtiyac olduğunu və tərəflər arasında zorakılığın dayandırılmasının vacibliyini qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır