Təhsil Tələbə Krediti Fondunun nümayəndələri tələbələrlə görüşüb
19.10.2023 11:16

Azərbaycan Tibb Universitetində (ATU) tələbələrin Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüşü olub.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Maarifləndirmə məqsədilə keçirilən tədbirdə universitetin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev ölkə başçısının müvafiq fərmanı ilə Təhsil Tələbə Krediti Fondunun yaradılmasının əhəmiyyətindən danışıb. Prorektor fondun yaradılmasınadək bir çox istedadlı tələbənin təhsil haqqını ödəməkdə çətinlik çəkidiyini bildirib: "Fond yaradılandan bəri problem tədricən öz həllini tapıb. Universitetimizdə bu fonddan istifadə edənlər olsa da, yetərincə deyil. Kreditə ehtiyacı olan tələbələrimiz var. İndiyədək standart təhsil tələbə krediti üzrə 342, sosial təhsil tələbə krediti üzrə isə 112 tələbəmiz yararlanıb. Düşünürəm ki, gələcəkdə kredit fondunun xidmətlərindən daha çox yararlanmaq mümkündür”.

 

Azərbaycan Tibb Universitetinin 600-dən çox bal toplayan tələbələrin sayına görə ali məktəblər arasında birinci yerdə olduğunu deyən S.Əliyev qeyd edib ki, hər il 600-dən çox bal toplayan 350-400 tələbə universitetə qəbul olur. Prezident təqaüdçülərinin sayına görə də ATU birinci yerdədir.

 

Tədbirdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Tahir Xələfov fondun Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir qurum olduğunu söyləyib. O, nizmnamə kapitalının 80 milyondan başlandığını, hazırda 100 milyondan çox olduğunu bildirərək, kreditlərin girovsuz, təminatsız, aşağı faizlə uzun müddətə verildiyini, həmçinin əlaçı tələbələrə 50 faiz bağışlama güzəştinin, möhlət dövrlərinin olduğunu deyib. Tahir Xələfov fonda müraciət qaydaları, kredit almaq üçün tələb olunan ümumu şərtlər və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə də tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, əsas məqsəd ölkədə təhsilin hamı üçün, xüsusilə aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığını təmin etməkdir.

 

Fondun sədr müavini həyata keçirilən layihələr haqqında da ətraflı məlumat verərək tələbələri onlar üçün yaradılan imkanlardan faydalanmağa çağırıb.

 

Təhsil Tələbə Krediti Fondunun təhsil müəssisələri ilə iş üzrə aparıcı mütəxəssisi Ağca Məmmədova TTKF-in fəaliyyət istiqamətləri, fonda müraciət qaydaları, təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş təqdimatla çıxış edib. Ağca Məmmədova təhsil tələbə kreditinin növləri, müraciət qaydaları, kreditin verilməsi proseduru, təhsil tələbə krediti ilə bağlı digər məsələlərə də aydınlıq gətirib. 

 

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

 

Görüşdə ATU-nun baş mühasibi İlqar Mehrabov və fakültə dekanlıqlarının təmsilçiləri iştirak ediblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır