TƏBİB nümayəndələri Türkiyədə beynəlxalq konqresdə çıxış ediblər  
19.10.2023 10:14
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri Türkiyənin Konya şəhərində keçirilən VI Beynəlxalq, XVI Milli Xəstəxana və Səhiyyə İdarəetmə Konqresinə qatılıblar.
 
TƏBİB-dən Aztibb.az-a bildirilib ki, nümayəndə heyəti tədbirdə moderator və məruzəçi olaraq iştirak edib.
 
Konqresin ilk günündə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov açılış nitqi ilə çıxış edib.
 
Sonra Türkiyə Cümhuriyyətinin Səhiyyə Nazirliyinin və onların nəzdində fəaliyyət göstərən Dövlət Xəstəxanalarını İdarəetmə Qurumunun nümayəndələri ilə görüş keçirilib. Görüşdə qarşılıqlı əməkdaşlıqlar müzakirə olunub, fikir və təcrübə mübadiləsi aparılıb.
 
Tədbirin ikinci günündə İcraçı direktorun müavini Araz Nəsirovun moderator olduğu paneldə TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinin müdiri Elçin Ağayev çıxış edib. O, “Azərbaycan səhiyyə sistemində icbari tibbi sığorta və TƏBİB modeli” mövzusunda çıxışında Azərbaycanın səhiyyə sistemi, icbari sığorta sistemi və Xidmətlər Zərfi barədə məlumatları təqdim edib.
 
Daha sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov “Yevlax və Mingəçevir şəhərlərində həyata keçirilən icbarı tibbi sığortanın pilot layihələri”, “Dövlət xəstəxanalarının idarəedilməsində TƏBİB yanaşması” mövzuları ilə çıxış edib.
 
Strateji inkişaf departamentinin Proseslərin optimallaşdırılması şöbəsinin müdiri Ziya Məmmədzadə TƏBİB-in dövlət-özəl tərəfdaşlığı layihələrindən və bu layihələrin tabeli müəssisələrdəki uğurlu fəaliyyətindən söz açıb.
 
Strateji inkişaf departamentinin Layihələrin idarəolunması şöbəsinin müdiri Fəqan Həsənzadə “TƏBİB-in strateji yol xəritəsi” başlığı altında TƏBİB yarandığı ilk gündən görülən işlər, işğaldan azad olunan ərazilərdəki səhiyyə islahatları, tibbi ərazi bölmələrindəki fəaliyyətlər, qarşıya qoyulmuş strategiyalar, hədəf, vizyon və missiyalar haqqında auditoriyanı məlumatlandırıb.
 
Həmçinin TƏBİB-in nümayəndə heyəti ilə Necmettin Erbakan Universitetinin rektoru prof. Cem Zorlu arasında görüş keçirilib.
 
Görüşdə TƏBİB və universitet arasında gələcək əməkdaşlıq müzakirə olunub.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib