Hazırda istifadəsi geniş yayılmış elektron siqaretlər sidik kisəsi törəmələrinin əsas risk faktorlarıdır
20.10.2023 08:59
Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin ikinci il həkim-rezidenti Elxan Qasımov Hospitalda “Sidik kisəsi törəmələri” mövzusunda təqdimatla çıxış edib.
 
Aztibb.az-a Hospitaldan bildirilib ki, tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah Namiq Novruzov, Cərrahiyyə şöbəsinin ümumi cərrahı, rezidentlərin kuratoru, t.ü.f.d. Aynur Səfiyeva, Urologiya şöbəsinin uroloqu, uzman uroloq Samir Ağalarov, eləcə də həkim və rezidentlər iştirak ediblər.
 
Tədbirdə sidik kisəsi törəmələrinin risk faktorları, əlamətləri, diaqnostikası, müalicə üsulları haqqında ətraflı məlumat verən həkim-rezident Elxan Qasımov bildirib ki, siqaret çəkmə, xüsusilə hazırda istifadəsi geniş yayılmış elektron siqaretlər, şistomiyazis, peşə faktoru və digər səbəblər risk faktorlarındadır. Diaqnostikasında fiziki müayinə, USM, KT Uroqrafiya və İV pieloqrafiya, KT, MRT və sistoskopiydan istifadə olunur.
 
Təqdimatın sonunda Elxan Qasımov sidik kisəsi törəmələrinin müalicəsində istifadə olunan ən müasir yanaşmalar və dünya təcrübəsi barədə danışıb.
 
Daha sonra həkim-rezident Elxan Qasımov Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidovun, həkim və rezidentlərin suallarını cavablandırıb, Mərkəzi Gömrük Hospitlının Urologiya şöbəsində xəstəliyin konservativ və cərrahi müalicəsi ilə bağlı təcrübəsini bölüşüb.
 
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında təhsil alan rezident-həkimlərin hər biri kuratorlarının dəstəyi ilə təhsil aldıqları sahələr üzrə müxtəlif mövzularda davamlı olaraq təqdimatlarla çıxış edirlər.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib