ÜST Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat verib
22.10.2020 16:07

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat verib.

 

Aztibb.az xəbər verir ki, ÜST-ün Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, təşkilat Dağlıq Qarabağ və ətraf bölgələrdə hərbi əməliyyatların eskalasiyası ilə bağlı öz narahatlığını bildirir.

 

Bəyanatda bildirilir ki, sentyabr ayının sonundan etibarən başlayan toqquşmalar nəticəsində on minlərlə mülki vətəndaş öz yurdundan didərgin düşüb, yüzlərlə insan yaralanıb və xeyli sayda şəxs həlak olub:

 

"Biz münaqişədən zərər çəkən hər bir ailəyə, cəmiyyətin hər bir üzvünə öz dəstəyimizi ifadə edirik. Hərbi əməliyyatlar COVID-19-a yoluxma sayının artmasına böyük təsir göstərir. Davamlı toqquşmalar nəticəsində insanların bir yerdən digərinə köçü əhalinin sağlamlığı ilə bağlı vəziyyətin pisləşməsinə səbəb olacaq. Münaqişə, pandemiya səbəbindən yükü artan səhiyyə sistemini daha da yükləməklə onun işinə birbaşa mənfi təsir göstərir. Bu, ÜST-ün Avropa regionunda COVID-19-a yoluxma hallarının sayının artmağa davam etdiyi bir vaxta təsadüf edir. Təşkilat indiyə qədər müşahidə edilməmiş bu ictimai səhiyyə təhdidindən qorunmaq üçün vaxt itirməməyə və səyləri artırmağa çağırır".

 

Bəyanatda bir daha qeyd edilir ki, ÜST münaqişə tərəflərini beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq mülki şəxsləri, həmçinin yaralılara və xəstələrə qulluq edilən tibb müəssisələrini qorumağa çağırır. COVID-19 pandemiyası zamanı bütün tibb işçilərinin zorakılıqdan qorunması onların pandemiyaya qarşı mübarizə tədbirlərini davam etdirə bilməsi üçün xüsusilə vacibdir.

 

Hərbi əməliyyatların dərhal dayandırılması təməl insan hüququ olan səhiyyə xidmətlərindən istifadə imkanın davamlılığı üçün vacibdir.

 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır