Sabunçu Tibb Mərkəzində təlim: “Klinik protokolların tətbiqi”
19.10.2023 10:33
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzində “Klinik protokolların tətbiqi” mövzusunda təlim keçirilib.
Mərkəzdən Aztibb.az-a bildirilib ki, TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayevanın və şöbənin əməkdaşı Səkinə Əzizlinin iştirak etdiyi təlimdə açılış nitqi ilə çıxış edən Sabunçu Tibb Mərkəzinin direktor müavini-baş həkim Talıb Məmmədov mövzunun aktuallığını qeyd edib.
Daha sonra Kəmalə Ağayeva təqdimatla çıxış edərək əsas məqsədin beynəlxalq tövsiyələrə əsaslanan, adaptasiya olunmuş klinik protokolların praktik səhiyyədə tətbiqi, tətbiqinin əhəmiyyəti (həkim, pasiyent, tibb müəssisəsi və səhiyyə sistemi üçün), klinik protokolların tətbiqi zamanı baryerlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi olduğunu vurğulayıb.
Kəmalə Ağayeva xüsusilə qeyd edib ki, səhiyyə sisteminin bütün sahələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və izlənilməsində rəhbərlər və mütəxəssislərlə birgə tədbirlərin təşkili zəruridir. Bu tədbirlərə dəstək göstərilməsi məqsədilə klinik protokolların tətbiqinin monitorinqi və qiymətləndirilməsi üçün vahid sistem yaradılmalıdır.
Xəstəliklərin diaqnostikası, müalicəsi, profilaktikası və idarəolunmasını asanlaşdırmaqla yanaşı, ağırlaşma və ölüm risklərini minimuma endirmək, maliyyə xərclərini azaltmaq, eləcə də kliniki protokolların tətbiqi prosesinin təkmilləşdirilməsi və tətbiqinə nəzarətin həyata keçirilməsini sürətləndirmək məqsədilə praktik həkimlər tərəfindən təsdiq edilmiş tövsiyələrin tətbiqi mühüm əhəmiyyət kəsb edir.
O, həmçinin klinik protokolların tətbiqi və nəzarəti üçün işlək mexanizmin qurulması, tətbiqin monitorinqinin təmin olunması, effektivliyinin analizi və bu sahədə elektron sənədləşmənin yaradılmasının əsas hədəflərdən olduğunu qeyd edib.
Görüş interaktiv formatda davam edərək, sual-cavab sessiyası ilə yekunlaşıb.
Bu bölməyə aid digər xəbərlər
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

